Qənaət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Az qazancından qənaət etməyən çox qazancından da qənaət etməz. Çarlz Marden
D
redaktə- Dilənçilər haqqında bildiklərimizdən belə qənaət hasil olur ki, milyonçu olmaq üçün mütləq gərək, əvvəlcə, dilənçi olasan. İlya İlf
H
redaktə- Həqiqətən qiymətləndirdiyim üç xəzinəm var: Birincisi sevgi və nəzakət, ikincisi qənaət, üçüncüsü isə təvazökarlıqdır. Lao-tszı
- Hər şeyə qənaət etmək son nəticədə vaxta qənaət etməyə çevrilir. Karl Marks
X
redaktə- Xoşbəxtliyin iki yolu var: biri zəhmət, digəri qənaət. Volter
İ
redaktə- İstədiklərimizin hamısını əldə edə bilməyəcəyimizə görə əlimizdə olanlara qənaət etməyi öyrənməliyik. [1] Anri Fransua Bek
K
redaktə- Kim var ikən qənaət edər, istədiyi zaman yeyər. Sardiniya atalar sözləri
Q
redaktə- Qənaət bitib-tükənməyən sərvətdir. Məhəmməd peyğəmbər
- Qənaət edilmiş qəpik qazanılmış qəpikdir. İngilis atalar sözləri
- Qənaət etmək işləmək qədər əhəmiyyətlidir. Jan Jak Russo
- Qənaət etməyəni dünya malı da zəngin etməz. Fəridəddin Əttar
- Qənaət etməyi bacaran heç vaxt çətinlik çəkməz. Emil Alen
- Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha asan həll olunardı. Sədi
- Qənaət əzizlər, tamah xar edər. Məhsəti Gəncəvi
- Qənaət iksir kimidir, nəyə sürtsən qızıl olar. Bencamin Franklin
- Qənaət olmadıqca kasıblığın faydası olmaz. Ömər ibn əl-Xəttab
- Qənaət - özü dövlət deməkdir. Qabusnamə
- Qənaət sahibi olmayan acgözlər bir tikə çörək üçün dövlətlilərin qapılarındakı köpəklərlə boğuşmalıdır. Məhəmməd Füzuli
- Qənaətçiliyə riayət edəni Allah varlandırır, israfçılığa yol verəni Tanrı yoxsul hala salır. Məhəmməd peyğəmbər.
- Qənaətdən heç kim ölmədi, hirslə da heç kim padşah olmadı. Mövlana Cəlaləddin Rumi
- Qənaətə riayyət edən yoxsul olmaz. Məhəmməd peyğəmbər.
R
redaktə- Reklamda qənaət, saatı dayandırıb vaxta qənaət etmək kimidir. Tomas Cefferson
Ş
redaktə- Şeir teorem olmalıdır: dilə qənaət və resurslara qənaət; minimumla maksimuma nail olmaq. Nikanor Parra
U
redaktə- Uzun illər mən özüm də esperanto ilə maraqlanıram. Bu beynəlmiləl yardımçı dil, quruluşunun dahiyanə sadəliyi və məntiqi ilə əksər xalqlar tərəfindən qəbul edilməsivə əsas aparıcı dillərlə təbii əlaqədə mövcudluğunu davam etdirməsi üçün əsas şərtləri yerinə yetirir. Mən bu dillə, səyi enerjiyə qənaət etməyə yönəlmiş bir mühəndis nöqteyi-nəzərindən məşğul oluram ... Esperantonun məqsədi vaxta, enerjiyə, işə, pula qənaət etmək, beynəlxalq əlaqələri sürətləndirmək və sadələşdirməkdir. O baxımdan, bəşəriyyət üçün bu qədər faydalı bir şeyin təqdim edilməsinə qarşı hələ də ortaya çıxan etirazları başa düşmək çətindir. Esperanto dilinin tətbiqini sülh və mədəniyyət üçün zəruri ehtiyac hesab edirəm. Rudolf Dizel
Y
redaktə- Yaşlılar hər zaman pula qənaət etməyi məsləhət görürlər. Bu yanlış nəsihətdir. Qəpikləri gizlətməyin. Özünüzdən əlavə edin. Mən 40 yaşına qədər heç zaman qənaət etmədim. Henri Ford
- Yer üzündə bütün izdirablar aza qənaət etməməkdən yaranır. Əbülqasım Firdovsi
İstinadlar
redaktə- ↑ Aforizmlər. Bakı, 2013. səh. 132