Bəlkə də gözəl qadınların yalnız olmalarının səbəbi gözəl qadınların sevgilisinin olduğu düşüncəsidir. Pol Samuelson
Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
Bütün qadınlar analarına bənzərlər və bu onların faciəsidir. Heç bir kişi öz anasına bənzəməz. Bu isə onların faciəsidir. Oskar Uayld
Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. Onore de Balzak
Bütün qadınları sevən qadınların heç birini qısqanmır. Onore de Balzak
Deyirlər ki, qadınlar digər həmcinsləri üçün geyinir, rəqabət hissi onlara güc gəlir. Bu düzdür. Amma dünyada kişilər olmasaydı, onlar belə etməzdilər. Koko Şanel
Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır. Koko Şanel
Dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır. Fridrix Şiller
Əfqanıstan döyüşlərdə məğlub oldu, amma müharibədə yox. Pəncşir döyüşçülərinin düşdüyü çuxurdadır, lakin onun alovu sönməyib və Pəncşir son sözünü deməyib. Bu, bu gün yer üzündəki ən gözəl çaylardan birinin sularının və öldürülən döyüşçülərin qanının, cəsədlərinin, palçıqlarının qarışdığı çaşqın oyanmalarda yatır - ancaq burada yenidən doğuş toxumları artıq böyüyür. Geri çəkilməyə məcbur olan, lakin qətiyyətli Pəncşir partizanları Talibana meydan oxumaqda israrlı olan Herat, Kabil və Qəndəhar qadınları kimidir. Onlar bəşəriyyətdə sirli olaraq qalan və heç bir bədbəxtliyin öhdəsindən gələ bilməyəcəyi şeylərdir. Mən lənətlənmiş deyil, mübarək olan, ortaq sınaqların qabağında müqavimət göstərən, sağ qalan və güclənən hissəyəm. Əfqanıstanın qalan hissəsi. Ümid. Müqavimət başlayır. Bernard Henri Levi
Əgər bir qadın gözəlliyi ilə sizi heyrətləndirib və valeh edibsə, amma siz onun nə geyindiyini heç cür xatırlaya bilmirsinizsə, deməli o, qüsursuz geyinib. Koko Şanel
Əgər insan bütün qadınlar haqqında pis danışırsa, deməli, hansısa qadın onu incidib. Koko Şanel
Əgər kişi ağıllı, yaxşı, ünsiyyətlidirsə, qadınları onun haradan gəldiyi yox, haraya gedəcəyi maraqlandırır. Onore de Balzak
Əllər qadının vizit vərəqəsi, boyun şəxsiyyət vəsiqəsi, sinə isə xarici pasportudur. Koko Şanel
Ən qədim deyim var: “Qadınlara hörmət edildiyi və qorunduğu yerdə firavanlıq hökm sürür və tanrılar sevinər.” Yeni Dövr .... qadının intibahını gətirəcək. Maitreya Epoxası Dünya Anasının Epoxasıdır. Hindistan qadınlarının sürətli yüksəlişini müşahidə etmək diqqətəlayiqdir. Orada nazir və digər məsul vəzifələrdə çalışan qadınları görmək olar. Hindistanın bir çox qadınları əla natiqdirlər. Hindlilər qadınları asanlıqla seçirlər, çünki onlar arvadlarının sağlam düşüncəsinə inanırlar. Amma təbii ki, qadının azad edilməsinin əleyhdarları da var. Hindistanda qadınların hökumətin başında olduğu bəzi dominionlarda bir çox yeniliklər, məbədlərin aşağı kastalar üçün açıq olduğu, universitetlərin qurulduğu, həmçinin muzeylər, laboratoriyalar, xəstəxanalar Avropa xəttinə uyğun qurulmuşdur. Helena İvanovna Roeriç
Qadınlar ağıllı, kişilər isə istedadlıdır. İstənilən bir qadınlar səylə, kiçilər isə düşünərək görürlər. Jan Jak Russo
Qadınlar başa düşülmək üçün deyil, sevilmək üçün yaradılıb. Oskar Uayld
Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. Henrix Heyne
Qadınlar hansısa ağılla insanların çatışmamazlıqlarını, axmaq adamın isə üstünlüklərini istedad hesab edirlər. Onore de Balzak
Qadınlar hər şeyi görüb duya bilirlər, bircə mühakimə yürütməyə başlayanda səhvə yol verirlər. Alfons Karr
Qadınlar kişilərdə yaxşı bir gələcək, kişilər qadınlarda yaxşı bir keçmiş axtarar. Oskar Uayld
Qadınlar kişilərə nisbətən olduqca əlverişli vəziyyətdədirlər; onlar üçün daha çox qadağalar mövcuddur. Oskar Uayld
Qadınlar kişiləri çatışmayan cəhətlərinə görə sevirlər. Əgər kişilərdə kifayət qədər çatışmayan cəhət olsaydı, qadınlar onlara hər şeyi, hətta, dərin zəkalarını belə bağışlaya bilərdilər. Oskar Uayld
Qadınlar kişilərin əksəriyyətindən güclü sevirlər, amma kişilər dostluqda daha möhkəmdirlər. Jan de Labrüyer
Qadınlar koplimentlərlə tərkisilah olmurlar, kişilər isə əksinə. Bu da iki cins arasında fərqdir. Oskar Uayld
Qadınlar qorxanda daha təhlükəli olurlar. (Robert Berns)
Qadınlar qulaqları ilə, kişilər isə gözləri ilə sevirlər. Oskar Uayld
Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Corc Herbert
Qadınlar onları güldürən kişilərdən xoşlanır sözü yalandır, unutma. Çünki, qadınları sadəcə xoşlandıqları kişilər güldürə bilir əslində. Can Dündar
Qadınlar öz məşuqlarına məğrurluqlarını təmin edən vasitə kimi baxırlar. Onlar bizdə özlərini sevirlər! Onore de Balzak
Qadınlar özgəsinə mənsub olan kişiyə qələbə çalmağı sevirlər. Onore de Balzak
Qadınlar predmetlərə dair heyrətamiz instinktə sahibdirlər. Belə ki, onlar aşkar olanın xaricində hər şeyi kəşf edə bilirlər. Oskar Uayld
Qadınlar sevilmək üçün yaradılıblar, başa düşülmək üçün yox. Oskar Uayld
Qadınlar sözlərinə xüsusi əhəmiyyət verməyi bacarırlar. Onlar sözlərinə elə bir çalarlar əlavə edirlər ki, onların mənası daha geniş, daha əhəmiyyətli olur. Onore de Balzak
Qadınlar zəifdir, amma analar güclüdür. Viktor Hüqo
Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən. Viktor Hüqo
Qadınlara gözəllik ona görə lazımdır ki, kişilər onları sevsin. Axmaqlıq ona görə lazımdır ki, qadınlar kişiləri sevsin. Koko Şanel
Qadınlara qayğı göstərərkən, bir çoxları, demək olar ki, özləri üçün yanmayacaq odun qurudur. Onore de Balzak
Qadınlara məsləhət verməyin: Heç kəs bir qadına axşama geyinmək üçün yaramayan bir şey verməməlidir. Oskar Uayld
Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır. Erix Mariya Remark
Qadınları anlamaq üçün bir labirinti düz yola çevirmək lazımdır. Ziqmund Freyd
Qadınların dostu olmur. Onları ya sevirlər, ya sevmirlər! Koko Şanel
Qadınların düşündüyünü, adətən, kişilər həyata keçirirlər. Konfutsi
Qadınların ən güclü silahı zəiflikdir. (İvan Alekseyeviç Bunin)
Qadınların ən yaxşısı ərini xoşbəxt edən qadındır. (Tomas Navarro)
Qadınların nə hündür kişilər xoşuna gəlir, nə balaca boy, nə kök, nə arıq, nə gözəl, nə eybəcər, o kişilər xoşlarına gəlir ki, onlarla məşğul olmaq istəsin. Anna Axmatova
Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın. Əli
Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. Seneka
Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər. Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm. Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
Mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram. Uilyam Şekspir
Mənim üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır. XVI Lüdoviq
Sevmək istəyən qadınlar öz işlərinə aludə olan kişilərə şüursuz olaraq nifrət edir. Belə qadınlar özlərinin üstünlüklərinə baxmayaraq, yenə də həmişə üstünlüyə malik olmaq arzusunda olurlar. Onore de Balzak
Yalnız gözəlliyi ilə ağılları alan, ürəkləri və ruhları fəth edən dar düşüncəli qadınlar hədsiz ehtiras təlqin edə bilərlər. Ağıllı qadın isə öz üstünlüklərindən sui- istifadə etməz. Kişiyə sahib olmağı yalnız miskin və axmaq qadınlar bacarar. Onore de Balzak