Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
Ağıl və bilik uğrunda hər şeyi qurban verməyə hazır olan adam heç şey itirməz. Epiktet
Аsiyаlı və аvrоpаlı əcdаdlаrımızdаn bizə irs qаlаn irqi, mədəni, əxlаqi və sоsiаl kоnsеpsiyаlаr həmvətənlərimizə, оnlаrın istеdаd və rifаhınа hörmətdən kеçməklə hər şеyi qəbul еtməli və еhtirаm göstərməlidir. Pirаmidаnı öz şəxsi şərəfin üzərində qurmаq yоlvеrilməzdir. Nə qədər ki, biz şəxsi və milli аdətlərimizi möhkəm sаxlаyırıq, bizim həyаt еnеrjimizi sümürən təmtərаqlı özünüsеvmə оyunlаrının qurbаnı оlmаmаlıyıq. Atilla
Başqalarını xoşbəxt etmək üçün öz səadətini qurban verən adam xoşbəxtdir. Mahatma Qandi
Böhtanın dəhşəti ondadır ki, onun ədalətsizliyinin qurbanı günahsız adam olur və bu ədalətsizliyi iki nəfər həyata keçirir: böhtanı yayan və böhtana inanan. Herodot
Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
Müdriklik – ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. Rassel Akoff
Sədaqət ona deyilir ki, bəslənilən məhəbbət dostun bütün arzularının yerinə yetirilməsinə səbəb olsun, mümkün ola biləcək hər şey onun yolunda qurban edilsin. Nəsirəddin Tusi