Razı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allahdan gələnə razı olsaq Allahda bizdən razı olar. Mövlana Cəlaləddin Rumi
- Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
B
redaktə- Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
- Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
- İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
- Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
- Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
- Biz ikimiz də nə ağıllıyıq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə bunu bilmir, ancaq öyünür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm.[1] Sokrat
E
redaktə- Elə bir yaramaz yoxdur ki, müəyyən münasibətdə özündən də pis yaramazları axtarıb tapmasın və fəxr etmək, özündən razı qalmaq üçün dəlil tapmasın. Lev Tolstoy
Ə
redaktə- Əgər at almaq istəyirsinizsə, һeç vaxt ən yuxarı qiymətdən neçəyə almağa razı olduğunuzu bərkdən qışqırıb car çəkməyin, əksinə, əgər atınızı başdan eləyib satmaq istəyirsinizsə, һeç vaxt ən aşağı qiymətdən neçəyə satmağa razı olduğunuzu bildirməyin. Diplomatiya bu sadə müdrikliyə riayət etməlidir. Otto fon Bismark
- Əgər böyük kütlələri razı sala bilmişsə, fikirlər silahlara ehtiyac duymaz. Fidel Kastro
H
redaktə- Heç kim dostsuz yaşamağa razı olmaz, hətta əvəzində ona hər şey təklif edilsə belə. Aristotel
- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
X
redaktə- Xoşbəxtlik başlıca olaraq ondan ibarətdir ki, öz taleyinlə barışasan və öz mövqeyindən razı qalasan. Erazm Roterdamski
İ
redaktə- İnsan tələbatının həddi-hüdudu yoxdur. O heç zaman razı qalmayacaq və bu, onun ən yaxşı keyfiyyətidir. Maksim Qorki
- İnsanın kimdənsə tam razı qalması necə də çətindir. Jan de Labrüyer
Q
redaktə- Qadına güzgü və bir neçə konfet verin və o, razı qalacaq. Corc Bayron
M
redaktə- Mən şöhrətin dərəcəsini böyük cənabın lovğalanaraq özü üçün yığdıqlarına görə yox, vətən üçün etdikləri işlərin, onun davranışından və işlərindən razı qalan insanların sayına görə müəyyən edirəm. Denis Fonvizin
- Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. Nəsirəddin Tusi
N
redaktəÖ
redaktə- Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. Bencamin Franklin
- Özündən heç vaxt razı qalmamaq - bütün məharət bundadır. Jül Renar
- Özünə məftun adam hətta başqalarının xoşbəxtliyinə də razı olar, bir şərtlə ki, bu xoşbəxtliyi onlar üçün özü gətirmiş olsun. [2] Jül Renar
S
redaktə- Sənəti bir şeydən daha çox sevən əsl sənətkar, özündən razı qalmayıb daha da irəliləməyə çalışır. Lüdviq van Bethoven
Z
redaktə- Zəlzələni görən yanğına razı olar. Azərbaycan atalar sözləri/Z
- Zənən razı, kişi razı. Nəyinə gərək qazı? Fars atalar sözləri