Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
Bəzi insanlar real olan şeyləri görür və soruşurlar: “Bu niyə belədir?”. Mən isə təbiətdə mövcud olmayan şeyləri arzulayıram və belə deyirəm: “ Bu niyə belə olmasın?”. Corc Bernard Şou
Borc götürməyin, çünki dəyməz. İmkanlarınızı real qiymətləndirin. Azad yaşayın. Borclar sizə bunu etməyə imkan verməyəcək. Barie Davenport
Bu dünyada təkcə bir ülgüc səni istədiyin yerə götürə bilir. Baxmayaraq ki, bura virtual dünyadır, burada özümü real həyatdakından daha canlı hiss edirəm. Sword Art Online
Cinayətkarların əksəriyyətində, xüsusilə gənclərdə çox güclü günahkarlıq hissi mövcuddur. Həmin günahkarlıq hissi cinayətin həyata keçirilməsindən uzun müddət əvvəl o insanda yaranır. Yəni bu hiss cinayətin səbəbi yox, əksinə, onu motivasiya edən impulsdur. Bu halda insanın törətdiyi cinayət əslində daxilindəki şüuraltı günahkarlıq hissini birbaşa real bir obyektlə əlaqələndirərək, bir az da olsa, rahatlanmaq cəhdidir. Ziqmund Freyd
Həyatımın real olaraq sabah və ya biri gün, yaxud da birigündən sonra, ümumiyyətlə tezliklə başlanacağı fikirləri ilə yatıram ( axı, bu mütləq baş verəcək). Salvador Dali
İnsan tək deyil, cəmiyyətdə yaşamaq üçün yaradılmışdır. Təklik ümidsizlik yaradır. Bu yalnız vaxt məsələsidir. Ola bilsin ki, yenicə dənizin dalğalarından xilas olmuş bədbəxt insanı ilk anlar avadanlıqlar, həyat ehtiyaclarını ödəmək kimi fikirlər əsas fikirlərdən yayındıracaq və onun başı real həyata qarışacaq və o, qeyri-müəyyən gələcək barədə düşünməyəcək. Ancaq vaxt gələcək ki, o, özünü insanlardan uzaqda, vətənini, sevdiyi insanları görməyə heç bir ümidi olmayan tənha insan kimi hiss edəcək. Bu halda o nə cür düşünməli, hansı iztirablara məruz qalmalıdır? Onun adası onun üçün bütöv bir dünya, bütün bəşəriyyət isə onun özü olacaq... Və bu tənhalıqda dəhşətli ölüm anı gələndə o özünü dünyanın sonundakı ən axırıncı insan hiss edəcək... Jül Vern
İnsanların əksəriyyəti üçün əsas maneə daxili dialoqdur. Bu hər şeyin açarıdır. İnsan onu dayandırmağa başladıqda hər şey mümkün olur. Hətta ən inanılmaz layihələr belə öz real əksini qazanır. Karlos Kastanyeda
20%-nin düşmən əlində olduğunu real dərk edənlər tərəfindən bu qədər işin aparldığı bir dövrdə, yalançı vətənpərvərlərin toylarda, restoranlarda “kayfuyem” adlı erməni mahnsını sifariş etmələri və bizim “qeyri-adi” müğənnilərin onu ifa etmələri məni çox kədərləndirir. Cabir İmanov
Mən ancaq onu deyə bilərəm ki, bu əzəmətli və ecazkar kainatın bizim özümüzü dərk etmə ilə birlikdə təsadüfən yaranmasını təsəvvür etməsinin mümkün olmaması, mənə Allahın varlığının lehinə əsas dəlil kimi görünür, amma bu arqumentin real dəyəri olub-olmadığına heç vaxt qərar verə bilmirəm. Bilirəm ki, əgər əsas səbəbi etiraf etsək də, ağıl hələ də kainatın haradan və necə əmələ gəldiyini öyrənməyə can atacaq. Çarlz Darvin
Müəyyən riskə getmədən heç bir iş görə bilməzsən. Real situasiyada həmişə elə bir şəxsə ehtiyac var ki, zəruri anda deyə bilsin. "Hə, daha vaxtdır! Bir saatdan sonra başlayırıq". Li Jakkoka
Real həyat, necə varsa, mənə xəyal kimi görünməyə başladı. Amma indi ən ağılsız fantaziyalar nəinki gündəlik həyatımın mənasını təşkil etməyə başladı, hətta onlar mənim üçün yeganə və dəyişməz bir varlıq oldular. Edqar Allan Po
Zaman və ayrılıq sevgini məhv edir. O,yalnız xatirələrlə yaşamır. İnsanın dönüklüyü onun ideala heyran olaraq, adətən, real və həqiqi şeylərə üstünlük verməsinə də təsir edir. Dünyada gözəl qadınlar azdır və elə bir qadın yoxdur ki, o hamıdan gözəl olsun. Eyni zamanda, hamıdan gözəl olan kişi də yoxdur. Ancaq, eyni dərəcədə iki gözəl rəsmdən hal-hazırda baxdığınız rəsm daha yaxşıdır. Ona görə də aşiq olanların ayrılıq haqqında qorxaraq düşünmələri təsadüfi deyil. Mayn Rid