Riayət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd
- Allah - təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir. Məhəmməd
- Azərbaycan xalq musiqi incəsənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunlara riayət etmişəm) nəinki mənim yaradıcılıq arzumu boğdu, əksinə bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi. Üzeyir Hacıbəyli
B
redaktə- Bir qəsəbəyə çatanda adətlərinə riayət edin. Çin atalar sözləri
Ə
redaktə- Ədəb qanunların ən kiçiyi olsa da, ən ciddi əməl olunanı, riayət edilənidir. Fransua de Laroşfuko
- Əgər at almaq istəyirsinizsə, һeç vaxt ən yuxarı qiymətdən neçəyə almağa razı olduğunuzu bərkdən qışqırıb car çəkməyin, əksinə, əgər atınızı başdan eləyib satmaq istəyirsinizsə, һeç vaxt ən aşağı qiymətdən neçəyə satmağa razı olduğunuzu bildirməyin. Diplomatiya bu sadə müdrikliyə riayət etməlidir. Otto fon Bismark
- Əvvəlcə kiçik bir anarxist icma yaratmağa çalışdıq, amma heç kim qaydalara riayət etmək istəmədi. Alan Bennet
G
redaktə- Güc heç bir hüquq yaratmır və insanlar yalnız qanuni hakimiyyətə itaət etməlidirlər. "Köləlik" və "hüquq" sözləri bir-birinə ziddir; onlar bir-birini qarşılıqlı surətdə istisna edirlər. Belə bir ifadə: “Mən səninlə, tamamilə sənin hesabına və tamamilə mənim xeyrimə saziş bağlayıram və bu sazişə mənə sərf edənə kimi riayət edəcəyəm və eyni zamanda sən də riayət edəcəksən”- insanın insana və ya xalqa münasibətindən asılı olmayaraq, hər zaman mənadan məhrum olacaq. Jan Jak Russo
H
redaktə- Heç bir dövlət əbədi olaraq güclü və ya əbədi zəif deyil. Qanuna riayət edənlər güclü olarsa, dövlət güclü olar; zəif olsalar, dövlət də zəif olar. Han Fei
- Həmişə deyirəm, insan ol və insanlığı təbliğ et . Humanitar xidmətimə dörd prinsipə ciddi riayət etməklə başladım: həqiqət, sadəlik, çalışqanlıq və dəqiqlik, təkrar edirəm, insan olun, insanlığı təbliğ edin və insanlığı qəbul edin. Əbdül Səttar Ədhi
- Hətta quldur dəstələrinin üzvləri də hansısa bir əxlaq normalarına riayət etməlidirlər. Çünki, onlar bütün dünyanı qarət edə bilər, amma bir-birini yox. Rabindranat Taqor
- Həyatda çox olub ki, öz sağlamlığımı müəyyən məhdudiyyətlərlə sınağa çəkmişəm, ancaq bunun heç zaman pis fəsadlarını görməmişəm. Düşünürəm ki, gənclikdən uyğun gigiyena qaydalarına riayət etdikdə orqanizm çox güclü bərpaetmə funksiyasına sahib olur və özünü təbiət onu bəxş etdiyi formada saxlayır. Rual Amundsen
X
redaktə- Xoşbəxt olmaq üçün insan düzlüyə riayət etməli, ağıllı və gözəl olmalıdır. Demokrit
İ
redaktə- İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önündə hesab verəcək. Aliya İzzetbeqoviç
- İnsan daha çox lazımsız və ya yararsız bir şey etməkdən qorxduğu, amma digər tərəfdən çox vaxt bir şeyi çoxlu hərəkətlərlə zənginləşdirən təbiətin müdrikliyinə riayət etməlidir. Nikolay Kopernik
Q
redaktə- Qaydalara riayət etməkdən imtina edənlər nəticələrini hiss edəcəklər. Niderland atalar sözləri
- Qənaətçiliyə riayət edəni Allah varlandırır, israfçılığa yol verəni Tanrı yoxsul hala salır. Məhəmməd peyğəmbər.
- Qənaətə riayət edən yoxsulluğa düşməz. Əli
M
redaktə- Mən qanuna riayət edən insanam, amma elə rejimlər var ki, onlara tabe olmaq deyil, müqavimət göstərmək lazımdır. Corc Soros
O
redaktə- Ortaqlığın hüsnü ona deyilir ki, alverdə, xərcdə bərabərliyə riayət edilsin, başqalarının hüququ tapdalanmasın, minnət və üzrə yer qalmasın. Nəsirəddin Tusi
P
redaktə- Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. [1] Eduard Sevrus
S
redaktə- Saata heç vaxt riayət etmirəm; saatlar insan üçün yaradılmışdır, insan saatlar üçün deyil. Fransua Rable
- Sivilizasiya insana vəzifə yolunu göstərən bir davranışdır. Vəzifənin icrası və əxlaqa riayət olunması bir - birini əvəz edən anlayışlardır. Əxlaq qaydalarına riayət etmək düşüncələrinizə və ehtiraslarınıza hakim olmaq deməkdir. Bunu etməklə, biz özümüzü dərk edirik. Mahatma Qandi
- Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[2] İmam Həsən
- Sülhü axtarmaq və ona riayət etmək gərəkdir. Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olmalısan.[3] Tomas Hobbs
Ş
redaktə- Şənbə gününü təqdis etmək üçün xatırlayacaqsınız. Altı gün işləyəcəksən və bütün işlərini edəcəksən; Yeddinci gün Allahınız Rəbbin Şənbə günüdür: siz, oğlunuz, qızınız, qulunuz, ya malınız və ya içərinizdə olan əcnəbi heç bir iş görməyin. Çünki Rəbb altı gün ərzində göyü, yeri, dənizi və onlarda olanları yaratdı və yeddinci gün istirahət etdi. buna görə də Yehova Şənbə gününü mübarək etdi və müqəddəs etdi. (Misir torpağında bir qul olduğunuzu və Allahınız Rəbbin sizi oradan güclü bir əli və uzadılmış qolu ilə oradan çıxardığını unutmayın; buna görə də Allahınız Rəbb Şənbə gününə riayət etməyi əmr etdi.) Musa (peyğəmbər)
T
redaktə- Təsəvvüf yolu zahiri və qərbi hökmlərə riayət etməyi və hər şeydən fani olmağı tələb edir. Əbdülqədir Geylani
U
redaktə- Uğurun 6 qaydasına ciddi riayət edin:
- Kredit kartlarından uzaq olun.
- Kapitalı özünüzə qoyun, unutmayın ki, pullar insanı yox, insanlar pulları yaradır.
- Bacardığınız qədər sadə həyat tərzi sürün.
- Başqalarının məsləhət verdiklərini etməyin. Sadəcə onları dinləyin və düz bildiyiniz kimi edin, hətta etdikləriniz heç bir məsləhətə uyğun gəlməsə belə.
- Brendlərin dalınca qaçmayın. Özünüzü rahat hiss etdiyiniz paltarları geyinin.
- Öz həyatınızı özünüz idarə edin. Bu sizin həyatınızdır, başqalarının yox! Uorren Baffett
Ü
redaktə- Üç əbədi qaydaya riayət edin: Özünə hörmət et, digərlərinə hörmət qoy, öz hərəkətlərinin nəticələrinə görə məsuliyyətdən qaçma. [4] Dalay Lama