Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir. Henri Lonqfello
Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1]Mahatma Qandi
Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir. Çarli Çaplin