Salam
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac girdi içəriyə yemək istədi,tox dedi;əvvəla,salam. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bağda ərik var idi, salam-məlik var idi; Bağdan ərik qurtardı, salam-məlik qurtardı. Azərbaycan atalar sözləri/B
- Bir gün düz yediyin yerə, qırx gün salam ver. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Bir gün duz yediyin yerə min gün salam göndər. Qırğız atalar sözləri
- Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir. Bencamin Franklin
- Bığı buraxmısan, saqqala salam vermirsən. Azərbaycan atalar sözləri/B
Ə
redaktə- Ən çətin müsibətlərin hamısını dəf edə biləcək, heç kimin bacarmadığı bir vaxtda sizi xoşbəxt edəcək bir insan tapmaq istəyirsinizsə, güzgüyə baxın və deyin: "Salam!" Riçard Bax
- Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir. İmam Hüseyn
G
redaktə- Gözə gəlməyən gəlinin salamı savaşdır. Azərbaycan atalar sözləri/G
H
redaktə- Hər kəsə rast gələndə ona salam ver. Əgər o sənə bir söz söyləsə ədəblə dinlə və cavab ver ki, hamı səni sevsin. Abbasqulu ağa Bakıxanov
M
redaktə- Mən haqqı-salamı tapdalaya bilmərəm, Qəmlo! Axırıncı aşırım (film, 1971)
N
redaktə- Nanəcibə min dəfə yaxşılıq et, bir dəfə salam verməsən hamısı heçdir. Azərbaycan atalar sözləri/N
- Nanəcibə salam verərsən, deyər - Qorxdu məndən. Azərbaycan atalar sözləri/N
- Nanəcibə salam ver, keç. Azərbaycan atalar sözləri/N
R
redaktə- Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman salam deyərlər. Qurani-Kərim
S
redaktə- Salam Allahın adıdır. Azərbaycan atalar sözləri/S
- "Salam dediyin yerdə "xudafiz" deməyi də bacar. Osetin atalar sözləri
- Salam gənclər və həmişə gənc qalanlar. Cem Karaca
- Salam, Sezar, imperator, ölümə gedənlər səni salamlayır. Latın atalar sözləri
- Sənə baxmayan krala salam verə bilərsənmi? Malayal atalar sözləri
U
redaktə- Ulduzu barışmayanın salamı da savaşdır. Azərbaycan atalar sözləri/U