Sirr insanda əmanət olduqdan can kimi gizlətmək lazımdır. Bir sirrə iki adamdan artıq xəbərdar olsa, tamam aləmə faş olmuş kimidir. (Məhəmməd Tağı Sidqi)[1]
Sirr saxlamaq iradə imtahanıdır. imtahandan keçməyən həyatda heç bir imtahandan keçə bilməz. (Hz.Əli ə.s.)
Sirrini saxlasan ona hakim olarsan. Saxlaya bilməsən, o sənə hakim olar. (Hz. Ömer)
Sizə sirr vermək istəyəndən uzaq olun: çünki o, daşıya bilmədiyi ağır bir yükü sizə daşıtmaq istəyir. (Qottib Leytner:İngilis təbiətşünası)
Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir. (Qurani Kərim)