Sonsuzluq
Riyaziyyatda və fizikada bir sonu olmayan ədəd
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Ah, sahilində havası ilə nəfəs aldığınız sonsuz ərazini xatırladan geniş dünyagörüşlü insan tapmaq nə qədər çətindir! Gi de Mopasson
- Ağıllarımız məhdud, lakin bu məhdudluğun şərtləri içərisində sonsuz ehtimallarla çevrilmişik; həyatın məqsədi bu sonsuzluqdan qavraya bildiyimiz qədər çox şey qavramaq. Alfred Norz Vaythed
- Analıq əlbəttə ki, insanı sonsuz dərəcədə xoşbəxt edə bilir. Amma sevgidə, evlilikdə olan xoşbəxtlik insana elə baha başa gəlir ki, onu heç düşmənimə də arzulamaram. Jorj Sand
BRedaktə
- Bir din, sonsuz və mütləq bir qəti həqiqəti təcəssüm etdiyi iddiası ilə bir elmi nəzəriyyədən fərqlilik göstərərkən, elm isə daima təcrübəyə söykənir, indiki nəzəriyyələrin tez ya da gec yenidən biçimləndirilməsini zəruri hesab edir və metodunun məntiqi bir bütün ilə son nəticəyə çatmasında yetərsiz olduğunu dərk edir. Bertran Rassel
- Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
- Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. Əbu Turxan
DRedaktə
- Dahilik sonsuz dözümlülükdür. Artur Konan Doyl
- Deputatların əsas məşğuliyyətləri sonsuz boşboğazlıq və rüşvət tələb etməkdir. Alfred Nobel
- Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. İmmanuel Kant
- Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. Aleksandr Puşkin
- Dünyamız böyük bir enerji okeanında yerləşir və biz bu sonsuz məkanda ağlasığmaz bir sürətlə uçuruq. Ətrafda hər şey, bütün enerji fırlanır, hərəkət edir. Qarşımızda bu enerjini əldə etməyin üsulunu tapmaq kimi çox böyük bir vəzifə durur. Əgər bu tükənməz mənbədən bu enerjini ala bilsək, o zaman bəşəriyyət nəhəng addımlarla irəliləyəcəkdir. Nikola Tesla
ERedaktə
- Elm və din – hər ikisi idrak müstəvisində dünya nizamına münasibətdir; elmi düşüncə dünya nizamının ayrı-ayrı lokal təzahürlərini aşkar etmək əzmindən, dini hiss – sonsuz, əzəli-əbədi bir nizam qarşısında heyrətdən qaynaqlanır. Əbu Turxan
- Evlilik sonsuz bir şəfadır. Əhməd Hamdi Tanpınar
ƏRedaktə
- Əgər mən yenidən seçim qarşısında qalsaydım, tərəddüd etmədən futbolu, sonsuz minnətdar olduğum Bakını və futbolda həyatım boyu sadiq qaldığım "Neftçi”ni seçərdim. - Anatoli Banişevski[1]
GRedaktə
- Gecələr sonsuz deyil. Alber Kamyu
- Gənclik nöqteyi-nəzərindən baxsaq, həyat, sonsuz gələcəkdir. Qocalıq nöqteyi-nəzərinə görə isə çox qısa keçmişdir. Artur Şopenhauer
- Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin. Ömər Xəyyam
HRedaktə
- Hətta bizi idarə edən dörd nazirliyin adlarında belə faktların həyasızcasına təhrif olunması var. Sühl nazirliyi müharibə ilə, həqiqət nazirliyi yalanla, məhəbbət nazirliyi işgəncələrlə məşğul olur, rifah nazirliyi isə acından öldürür. Belə ziddiyyətlər təsadüfi deyil və sadəcə ikiüzlülükdən irəli gəlmir: bu fəaliyyətdə olan ikifikirlilikdir. Zira yalnız ziddiyyətlərin vəhdəti hakimiyyəti uzun zaman saxlamağa imkan verir. Sonsuz dövrü başqa cür kəsmək olmaz. Əgər insan bərabərliyini həmişəlik mümkünküz etmək lazımdırsa, əgər yuxarılar (biz onları belə adlandırdırırıq) öz yerlərini həmişəlik saxlamaq istəyirlərsə, onda hakimiyyətdə olanların ruhi vəziyyətini dəlilik idarə etmiş olmalıdır. Corc Oruell
- Həyat — bu sonsuz mükəmməlləşdirmədir. Özünü mükəmməl hesab etmək isə - özünü öldürməkdir. Georq Vilhelm Fridrix Hegel
- Həyatdan baş aça bilmirik, amma yenə də sonsuz bir həyat arzulayırıq. Anatol Frans
İRedaktə
- İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insanın axmaqlığı. Birincisindən çox da əmin deyiləm. Albert Eynşteyn
- İki variant var: özünü sonsuz dərəcə də kiçiltmək, yaxud sonsuz dərəcədə kiçik olmaq. Birinci mükəmməlikdi yəni hərəkərsizlikdir, ikincisi başlanğıcdır yəni hərəkətdir. Frans Kafka
- İqtidara gəlirsinizsə, hərəkətlərinizə diqqət yetirin. Qürurlu olmayın, özünü bəyənmişlik etməyin. Sizə aid olmayan şeyləri götürməyin, gücsüzlərə kömək edin və əxlaq qaydalarına riayyət edin. Unutmayın ki, sonsuz iqtidar yoxdur. Hər iqtidar keçicidir və hər kəs, əvvəl-axır, əvvəl millətin və nəhayət Allahın önünə hesab verəcək. Aliya İzzetbeqoviç
KRedaktə
- Kədər sonsuz, sevinc isə məhduddur. Onore de Balzak
- Kommunistlər hakimiyyətin bütün təsisatlarını, bütün hökumətləri, dünyanın bütün dövlətlərini məhv etmək üçün sivilizasiyaya qarşı sonsuz bir müharibə aparırlar. Onlar bütün dünyanı əhatə etməli olan dilənçilərin, cinayətkarların, fərsizlərin, üsyançıların, xəstələrin, gicbəsər və axmaqların beynəlxalq ittifaqını yaratmağa çalışırlar. Uinston Çörçill
QRedaktə
- Qadın elə bir məxluqdur ki!.. Onun gözləri elə bir sonsuz dövlətdir ki, oraya daxil olan insanın izi-tozu da qalmayacaq! Nikolay Qoqol
ORedaktə
- O, yenidən özünü inandırırdı ki, artıq nöqtə qoymağın vaxtıdır və onun bu daxili mübahisəsi sonsuzluğa qədər davam etdi. Teodor Drayzer
- "Okean hissi" adlandırdığımız sonsuzluq hissinin gələcəkdə din ilə əlaqələndiriləcəyini görə bilirəm. "Okean hissi"nin əsasını təşkil edən "Kainatla bir olma və onunla birləşmə" hissi dinin insanlara verdiyi təskinlik və təsəllilərə çox oxşayır. Başqa sözlə, bu hiss eqoizmin xarici aləmdə gördüyü və özünə təhdid kimi qəbul etdiyi təhlükələr qarşısında yeni yollar axtarmasıdır.[2] Ziqmund Freyd
- Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var. Ömər Xəyyam
ÖRedaktə
- Özüm-özümə bəraət qazandırmaq üçün mənə sənin sonsuz tənbəlliyini xatırlamaq kifayətdir. Teodor Drayzer
SRedaktə
- Sevgi həyatın üzüdür; amma, ağılsız, əzablı və ölən həyatın yox, xoşbəxt və sonsuz həyatın. Lev Tolstoy
- Sevimli qadının sərtliyi sonsuz cazibədarlıqla doludur və biz ən xoşbəxt dəqiqələrimizdə bunu digər qadınlarda tapmırıq. Stendal
- Sənət-təbiətdən sonsuzluğa atılan addımdır. Cübran Xəlil Cübran
- Sonsuz adam dövləti çox istər. Azərbaycan atalar sözləri/S
- Sonsuz genişlik təsəvvürə zəngin qida verir. Jül Vern
- Sonsuz iş günlərində kədər bayramdır, yanğın əyləncə, boş sifətdəki cızılma isə bəzək. Maksim Qorki
- Sonsuzluq nədir axı? O sonunda dalana dirənmək məcburiyyətindədir. Andrey Platonov
URedaktə
- Unutma, heç kim unudulmayacaq qədər sonsuz və sonsuzadək seviləcək qədər dəyərli deyil əslində. Adam Faver
VRedaktə
- Vicdanın azaddırsa, Allaha inamın sonsuz olacaq. Fransız atalar sözləri
YRedaktə
- Yalanın faydası bir dəfə üçündür, həqiqətin faydası isə sonsuz və ölümsüzdür. Deni Didro
İstinadlarRedaktə
- ↑ Anatoli Banişevskinin 17 anı
- ↑ [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015