Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil. Mövlana Cəlaləddin Rumi
Bəli, xoşbəxtlik təkrarlanılmağa duyulan həsrətdir, dedi Tereza öz-özünə. Milan Kundera
Bəzən sönən həyat atəşimiz külək kimi bir başqası tərəfindən qızışdırılaraq alovlanar və hər birimiz bu atəşi təkrar canlandıran dostlarımıza ən səmimi təşəkkürlərimizi borcluyuq. Albert Şveytser
Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. Albert Eynşteyn
Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
Gəzmək, bir zamanlar insan və kainat arasında var olan uyğunluğu təkrar qurar. Anatol Frans
Gözəl qadın kobud sözlər eşidə bilər, lakin həmin sözləri təkrar etməməlidir. Jül Renar
Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır? Aqata Kristi
Xatırlanan keçmiş, zamandan məhrumdur. bir eşqi, bir kitabı yeni başdan oxucu ya da filmi təkrar seyr edər kimi yenidən yaşaya bilməzsiniz. Milan Kundera
İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar. Nəcib Fazil Qısakürək
İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır. Mark Tven
İnqilab hərəkatina 82 adamla başladım. Əgər bunu təkrar etmək məcburiyyətində qalsaydım yanıma 10 ya da 15 sadiq insan alardım. Əgər sadiq isəniz və hərəkət planınız varsa nə qədər kiçik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Fidel Kastro
İnsan özü üçün gerçək və mütləq olan xoşbəxtliyə həyatında bir dəfə çatar və geri qalan bütün həyatını bu xoşbəxtliyə təkrar çatmağa həsr edər. Alber Kamyu
Kim ki, başqalarını öyrədir, o həm də özü təhsil alır, təkcə ona görə yox ki, təkrar etməklə öz biliyini möhkəmləndirir, həm də ona görə ki, fənni daha dərindən öyrənmək imkanı əldə edir. Yan Komenski
Mənim Türk millətinə, Türk cəmiyyətinə, Türklüyün gələcəyinə aid tapşırıqlarım bitməmişdir, siz onları tamamlayacaqsınız. Siz də, sizdən sonrakılara mənim sözümü təkrar edin. Mustafa Kamal Atatürk
Müsəlmanlar döyüşüb məğlub ola bilərlər, amma sonra yenə gəlib təkrar döyüşə bilərlər. İsrail isə yalnız bir dəfə məğlub ola bilər. Qolda Meir
Savadlı adam mütaliə etmirsə, təkrar savadsızlığa məhkumdur.İnsan gərək bütün ömrü boyu maariflənsin. Lunaçarski
Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur. Robin Şarma
Siyasi quruluşlar bir-birləri ilə qarşılıqlı mənfəətlərindən ötəri saxta razılaşarlar. Mənim fəlsəfi doktrinam dünyanı təkrar xoşbəxt bir şəkildə yaşadacaq gücə malikdir. Belə bir idealda əlbəttə ki, keçici razılaşmalara yer yoxdur. Adolf Hitler
Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq. Cozef Kudelka