A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllı bir dəfəyə dişləyər, səfeh iki dəfəyə. Monqol atalar sözləri
  • Ağıllı diliylə, səfeh əliylə. Vyetnam atalar sözləri
  • Ağılsız söhbətə and içməklə başlar, səfeh söhbətə - atalar sözləri ilə. Avar atalar sözləri
  • Alim ər filosof kimi danışar, səfeh kimi yaşar. Assuri atalar sözləri
  • Amma təkcə özümüzü düşünüb başqalarını düşmən kimi görsək, özümüzün yaratdığı səfeh çətinliklərlə üz-üzə qalacağıq. Əgər müasir cəmiyyətdə rəqabətə davamlı olmayan bir həyat mümkün deyilsə, onda bunu kimisə tapdalamadan, kiməsə ziyan vurmadan etməliyik və bunu başqalarından daha yaxşı şəkildə etməyi bacarmalıyıq. Dalay Lama
  • Araq müdrik adamı da səfeh edər. Monqol atalar sözləri

B redaktə

  • Böyük adamlar çox zaman avara, səfeh, lazımsız adamların əli ilə ölüb, öldürülürlər. Uilyam Şekspir

H redaktə

  • “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
  • Həqiqi xoşbəxtliyi yalnız bədxah arvadını, səfeh oğlunu, pəltək məsləhətçisini, eləcə də laqeyd qohumlarını tərk edən insan əldə edir. Çanakya
  • Hər şeyi kişidən ötrü qurban vermək? Kişi nə qədər səfeh olmalıdır ki, məndən hər şeyi atmağı tələb etsin. Axmaq naminə heç nəyi qurban vermərəm. Alla Puqaçova

İ redaktə

  • ...insanlar şöhrətpərəstliyin hökm sürdüyü Kanna, qumarxananın cövlan etdiyi Monakoya, bu gül-çiçək açmış diyara gözə kül üfürmək, yaxud müflis olmaq üçün gəlirlər. İnsanlar burada öz bayağılıqlarını, səfeh iddialarını, aşağı həvəslərini, cəhalətliliklərini, həyasızlıqlarını və tamahkarlıqlarını nümayiş etdirirlər. Gi de Mopasson

K redaktə

  • Kiçik bacı ağıllı da olsa, kiçikliyində qalar, böyük bacı səfeh olsa da - böyüklüyündə. Vyetnam atalar sözləri

N redaktə

  • Nazı öz silahı seçən qadınlar yanlış yol ilə gedir. Onlar az adamlarda böyük ehtiras alovlandıra bilər və ona görə yox ki, onlar, hesab edildiyi kimi yüngülxasiyyət deyillər, yalnız ona görə ki, heç kim səfeh vəziyyətdə qalmaq istəmir. Lyuk de Klapye Vovenarq

S redaktə

  • Səfeh adamın ala-buladan xoşu gələr. Adıgey atalar sözləri
  • Səfeh adamla dil tapmağı bacar, ağıllı adam özü səninlə dil tapacaq. Adıgey atalar sözləri
  • Səfeh həzz arxasınca qaçır və məyusluq tapır. Müdrik isə yalnız fəlakətdən qaçır. Artur Şopenhauer
  • Səfeh uzun-uzadı izah eylər, ağıllı götür-qoy edər. Fin atalar sözləri
  • Səfeh yuxulu, xəyal edən məhbusa bənzəyir. Müdrik isə əksinə, öz qandalını görən, onların cingiltisini eşidən ayıq məhbusa oxşayır. Qaçmaq üçün o bu ayıqlığından istifadə edirmi? Artur Şopenhauer

Y redaktə

İstinadlar redaktə