Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör. Solon
Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram. Rabindranat Taqor
Bütün insanlar xoş sözlər eşidəndə məmnun olurlar. Ağızdan yalnız şirin sözlər çıxmalıdır. Çanakya
Dostluq var - məqsədi xeyir üçün,dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün… Aristotel
Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq. Mir Möhsün Nəvvab
Düşmənə nifrət etmək dostu sevməkdən daha asan və xoş hissdir. Mark Tven
İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumyaşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Həzrəti Əli
İnsanların məhz gülməli vərdişləri həyatı xoş edir və cəmiyyəti birləşdirir. Aristotel
Qadın gözəl olmasa da olar. O, xoş üzlü və xoş xasiyyətli olsa, bu böyük səadətdir. Bədxasiyyət, bədrəftar və çirkin övrətin olsa, vay sənin halına, malın, canın və ömrün fənaya gedəcəkdir. Mir Möhsün Nəvvab
Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir. Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir. Aristotel
Yarla xoş dolanan bir kimsə, yarsız qalmaz... Ay, gecədən ürkmədiyi, qaranlığından qaçmadığı üçündür ki, nurlandı... Gül o gözəl qoxunu, tikanla xoş dolanmaqla qazandı ... Mövlana Cəlaləddin Rumi