Adam ancaq öz bildikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır. Alber Kamyu
Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
Başqalarını inandırmaq elə asandır ki, özünü inandırmaq isə çox çətin. Oskar Uayld
Başqalarının düşüncələrini dəyişmək çox asan, öz düşüncəni dəyişmək isə çox çətindir. Oskar Uayld
Bir işin ən çətin yönünü fikirləş ki, edərkən çətinlik çəkməyəsən. Samuel Conson
Bu dünyada ən çətin şey insanın özünü tanımasıdır. Miletli Fales
Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq. Ovidi
Bu işi iki yolla həll edə bilərik; Birincisi, çətin yolla, ikincisi... Amma bir dəqiqə, bu birincidən də çətin oldu ki. Coni Bravo
Bütün insanlar iki kateqoriyaya bölünür. Biirinci kateqoriyaya aid edilən insanlarla münasibət asan, onlarsız isə daha asan olur. Bir kateqoriya da var ki, onlarla hər şey çətin olur, onlarsız isə keçinmək mümkün olmur. Ernest Heminquey
Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır.. İsaak Nyuton
Dünyada ən ümidsiz iş insan xarakterini dəqiq müəyyən etmək cəhdidir. Çünki, hər bir insan ziddiyyətlər düyünüdür və insan istedadlıdırsa, bu cəhd daha çətin olur. Teodor Drayzer
Dünyada heç bir şey insanları edəcəkləri şeylər haqqında düşündürməkdən daha çətin deyildir. Andre Malro
Dünyanın həqiqətinə vaqif olanlar həyatın zinət və zivərinə çətin baş əyərlər. Əhvədi
Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Tomas Karleyl
Hər müəllim, zamanı gəldiyində öyrətməyi buraxmasını öyrənməlidir. Bu çətin bir sənətdir. Bertolt Brext
Hər şey qədərində yaxşıdır. Sevdiyini həddindən artıq sevmə. Ən çətin imtahan sevgi ilə olan imtahandır. İnsan nə qədər güclü olsa, məhəbbətə tuş gələr. Şeyx Ədabali
Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir olmayan hallarda səhv yönə olacaq. Viktor Hüqo
Qısqanclıq gəncliyin vərəmidiir, onu sağaltmaq çətin olur. Hind atalar sözləri
Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilı geri alırsan. O keçmiş kasıb və xoşbəxt olduğumuz günlərdə də Pais belə idi. Ernest Heminquey
Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. Yan Komenski
Şam çadırımdakı cansızların kölgəsini necə də dirildib. Yanımdan dinməzcə burulub keçən çayın sakitliyini lilli suda toqquşan daşlar pozur. Su hey qalxır, qalxır, dalğaları çadırımın ətəyini yalayacaq qədər yaxınlaşır. Bu aramsız yağan yağış - göylərin göz yaşı... Göylərin dərdi necə də böyükdür. Göy gurultusu - elə bil göydəki nizam sökülür. Nə sakitliyinə sakitlik, nə də səsinə səs çatmaz, göylər! Sən bizi göz yaşlarınla qarşıladın! Səndən başqa mənim üzümü göz yaşları ilə kim islatdı? Qoy taleyim küsməsin, bu sözümü elə belə dedim. Vüsalı şirin olsa da, belə həsrətə dözmək çətin olardı. Xudu Məmmədov