İgidlik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağalıq verimlədir, igidlik vurumla. Azərbaycan atalar sözləri/A
- Ağıl-kamal bəsləməz, igidliyə ədavət,
Hünər də, igidlik də ədalətdir, ədalət. Nizami Gəncəvi - Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. Pittak
B
redaktə- Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil. Aristofan
Ç
redaktə- Çox pul qazanmaq - igidlik; onu saxlamaq - müdriklik; məharətlə xərcləmək isə - incəsənətdir. Bertold Averbax
D
redaktə- Döyüşdə qələbəyə say çoxluğu yox, igidlik aparır. Latın atalar sözləri
E
redaktə- Etibar igidlik, sədaqət gücdür. Mariya fon Ebner-Eşenbax
Ə
redaktə- Əgər heç kim səni satın almaq istəmirsə, təmiz adam olmaq hələ igidlik deyil. Mark Tulli Siseron
- Ən böyük igidlik odur ki, məğlub olanda da ruhdan düşməyib yenə də qələbə ümidi ilə yaşayasan. [1] Robert Qrin İngersoll
- Əsl igidlik fəlakət anında özünü büruzə verir. Volter
İ
redaktə- İgidlik biləklə deyil, ürəklədir. Azərbaycan atalar sözləri/İ
- İgidlik cəsarət və iradədən doğur. Mişel de Monten
- İgidlik cövhəri olarsa, əsa da qılınc kimi iş görər. Saib Təbrizi
- İgidlik dövləti yaradır, fəzilət onu qoruyur; cinayətlər dövləti namussuzluğa, laqeyidlik və qeydsizlik isə onu despotizmə aparır. Onore Mirabo
- İgidlik döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
- İgidliyin ən yaxşı cəhəti ağıllı olmaqdır. Uilyam Şekspir
- İgidlik intiqam qazanmaqda deyil dözüm göstərməkdədir. Uilyam Şekspir
- İgidlik qorxu ilə cəsarət arasında tərəddüd edən bir keyfiyyətdir. Aristotel
- İgidlik müqavimət üçün, cəsarət şərə hücum etmək üçün lazım olan gücdür. Pyer Büast
- İgidlik on, doqquzu hiylədir. Oğuznamə
- İgidlik ondur: biri qüvvət, doqquzu fənd. Kürd atalar sözləri
- İgidlik ondur: biri zordur, doqquzu fənd. Azərbaycan atalar sözləri/İ
- İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir. [2] Demokrit
- İgidliyin tacı təvazökarlıqdır. Ərəb atalar sözləri
M
redaktə- Müharibə igidlik deyil. Müharibə xəstəlikdir. Antuan de Sent-Ekzüperi
O
redaktə- Oğul doğmaq igidlik deyil, igidlik onu tərbiyə etməkdir. Tabasaran atalar sözləri
R
redaktə- Ruhsuz cahil heyvandır. Ən kiçik bir igidlik onu cinayətə təhrik edir. Denis Fonvizin
Z
redaktə- Zəmanə dəyişib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır. Nəcəf bəy Vəzirov