İlan
sürünənlər
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Balaca ilanı da böyük ağacla vur. Malayal atalar sözləri
- Bir dəfə müdrikdən soruşdular: " Nə üçün ilanı müdriklik rəmzi sayırlar?". Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur". Platon
Ç
redaktə- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyğulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
D
redaktə- Düşməninlə dost olana sən də bax bir düşmən kimi,
İlan üstə qonan milçək zəhərlidir ilan kimi. Nizami Gəncəvi
H
redaktə- Həşərat çox olsa, hətta ilanı da məhv edər. Hind atalar sözləri
İ
redaktə- İlanın balası zəhərsiz olmaz. Kürd atalar sözləri
- İlan balasını da çalar. Azərbaycan atalar sözləri/İ
- İlanı başından tutarlar. Kürd atalar sözləri
- İlan çalan yatar, ac yatmaz. Azərbaycan atalar sözləri/İ
- İlan çıxdığı bacanı yaxşı tanıyır. Azərbaycan atalar sözləri/İ
- İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur. Hind atalar sözləri
- İlan deyər: "Məni düşmən kimi öldürsən də dost kimi basdır". Kürd atalar sözləri
- İlan düşmənlə bacarmayanda, özü özünü çalar. Assuri atalar sözləri
- İlan hərdən bir sancar, yaramaz addımbaşı. Hind atalar sözləri
- İlan hər gün təhlükə içindədir, amma min ilə qədər yaşayır. Teluqu atalar sözləri
- İlan hər yerə əyri gedər, öz yuvasına düz. Azərbaycan atalar sözləri/İ
- İlan kəsilmiş quyruğunu unutmaz. Kürd atalar sözləri
- İlan qabığını dəyişər, xasiyyətini dəyişməz. Azərbaycan atalar sözləri/İ
- İlan qabığını dəyişər, ürəyini yox. Gürcü atalar sözləri
- İlan qurbağadan diksinər, qurbağa da ilandan. Benqal atalar sözləri
- İlan ilandır, o da başını gizlədir. Fin atalar sözləri
- İlan ilanı yeməyincə əjdaha olmaz. Azərbaycan atalar sözləri/İ
- İlan isti yerə öyrəşər. Tatar atalar sözləri
- İlan kinli olmasaydı, ayaqları qarnında olmazdı. Kürd atalar sözləri
- İlan necə qıvrılsa da, yuvasına düz gedər. Assuri atalar sözləri
- İlan nə qədər əyri olsa da, yuvasına düz gedər. Fars atalar sözləri
- İlan nə qədər ki, balacadır - əz başını. Kürd atalar sözləri
- İlan olan yerdə manqusta da olar. (Manqusta - isti ölkələrdə yaşayan uzun bədənli kiçik yırtıcı heyvan). Benqal atalar sözləri
- İlanı öldürmək istəyirsənsə, başını tapdala. Vyetnam atalar sözləri
- İlan öləndə düzələr. Benqal atalar sözləri
- İlan öz əyrisini bilməz, deyər; dəvənin boynu əyridir. Azərbaycan atalar sözləri/İ
- İlan öz qonşusunu çalmaz. Azərbaycan atalar sözləri/İ
- İlan özü bilir ki, ayaqları haradadır. Teluqu atalar sözləri
- İlan sancması xəncər zərbəsindən qorxuludur. Osetin atalar sözləri
- İlan ulduz görməsə ölməz. Azərbaycan atalar sözləri/İ
- İlan üçün yaxşı keçəndə, qurbağa üçün pis keçər. Vyetnam atalar sözləri
- İlan vuran ala çatıdan qorxar. Azərbaycan atalar sözləri/İ
- İlan yarpızdan qaçar, hara getsə, yenə qarşısına çıxar. Azərbaycan atalar sözləri/İ
- İlana ağu verən kərtənkələdi. Azərbaycan atalar sözləri/İ
- İlana balası qənim olar. Azərbaycan atalar sözləri/İ
- İlana süd də içirsən, zəhəri azalmayacaq. Benqal atalar sözləri
- İlandan ilan zəhəri getməz. Kürd atalar sözləri
- İlanı fışıltısından tanıyarlar. Osetin atalar sözləri
- İlanı özgə əli ilə tutur. Azərbaycan atalar sözləri/İ
- İlanı Seyid Əhməd əliylə tutur. Azərbaycan atalar sözləri/İ
- İlanı sən tut, mən gözünə darı salım. Azərbaycan atalar sözləri/İ
- İlanı tapdamasan sancmaz. Azərbaycan atalar sözləri/İ
- İlanı yaralı buraxmazlar. Azərbaycan atalar sözləri/İ
- İlanı yuvasında öldür. Azərbaycan atalar sözləri/İ
- İlanın ağına da lənət, qarasına da. Azərbaycan atalar sözləri/İ
- İlanın ayağını, qarışqnın gözünü, mollanın çörəyini hələ heç kəs görməyib. Fars atalar sözləri
- İlanın başı ağrıyanda yolun ortasında yatar. Azərbaycan atalar sözləri/İ
- İlanın başın düşmənin əlinnən əz. Azərbaycan atalar sözləri/İ
- İlanın quyruğun basmasan, səni sancmaz. Azərbaycan atalar sözləri/İ
- İlanın yarpızdan zəhləsi gedər, yarpız da yuvasının ağzında bitər. Assuri atalar sözləri
- İlanın zəhləsi yarpızdan gedər, o da bitər burnunun dibində. Azərbaycan atalar sözləri/İ
M
redaktə- Mənə toxunmayan ilan min il yaşasın, deyərək yaşatdığınız ilanların bir sonrakı hədəfi siz olursunuz. Əziz Nesin
S
redaktə- Son xəbərlərə gəlincə, belə təəssürat yaranır ki, Avropa barbarları yenidən bir-birini məhv etməyə hazırlaşır. Rusiya-Türkiyə müharibəsi çalağanla ilanın mübarizəsini xatırladır: kiminsə məhv edilməsi nəticəsində dünyada bir dağıdıcı azalacaqdır. Göründüyü kimi, döyüşkənlik insan təbiətinin qanunu, kainat mexanizmindəki sürətli çoxalmanın yolunda bir maneədir. Quş həyətindəki xoruzlar bir-birini öldürürlər, ayılar, öküz və qoyunlar da eyni cür hərəkət edirlər, ilxıda at bütün gənc rəqiblərini öldürməyə çalışır və müəyyən müddət keçdikdən sonra onun özü gənc ayğırların qurbanı olur. Ümid edirəm ki, biz insanlar üçün kvakerlərin yolunun nə qədər faydalı olduğunu və ailəni dolandıranın həyatının döyüşçünün həyatından daha üstün olduğunu sübut edəcəyik. Təsəlli üçün o olar ki, dünyanın bir hissəsində ağılsızların məhv edilməsi digər hissələrində rifahın artmasına səbəb olur. Qoy bu, bizim qayğımız olsun və gəlin rusların buynuzdan, türklərin isə quyruqdan yapışdığı inəyi sağaq. Tomas Cefferson
Ş
redaktə- Şöhrət, yüksək bir qayadır. İlan bu qayaya sürünərək qalxır, şahin isə qanad çalmaqla. Abay Kunanbayev
Y
redaktə- Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən. Leyli və Məcnun (Nizami)