Əgər istəsən də, öz həyatını bəşəri həyatdan kənarda tuta bilməzsən. Sən onda, onun üçün yaşayırsan. Ayaqlar, əllər, gözlər bir-biri üçün yaradıldığı kimi, biz də bir-birimiz üçün yaradılmışıq. Mark Avreli
Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
Mən qabarmış əlləri öpürəm, fəhlə əlini öpürəm, müftə yeyəni deyil.... Alının təri ilə əmək verərək, əli qabar olaraq özünü, ailəsini dürüst bir şəkildə dolandıran işçiyə aşıqəm. Abdulbari Gözəl
Nə qədər ki, insan işləyir, yaşına məhəl qoymur. Amma elə ki, pensiyaya çıxır, qocalıq ön plana çıxır: əllər boş-boşuna yellənir, çiyinlər ağırlaşır, bel əyilir, qozbelləşir. Rəşad Nuri Güntəkin
Səninlə görüşə gələrkən əllərim cibimdə gələrdim. Bəlkə eşqimin əlləri üşüyüb, ovucumda isidərəm deyə. Attila İlhan
Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir: Onların dördü vacib, dördü sünnə (müstəhəbb) dördü isə ədəbə riayət etməkdir. Vacib olan dördü: mərifət, razılıq, Allahın adını dilə gətirmək və şükr etmək; sünnə olan dördü: yeməkdən əvvəl əlləri yumaq, bədənin sol tərəfi üstündə oturmaq, üç barmaqla yemək və barmaqları yalamaq; ədəbə görə olanlar isə - qarşında olanı yemək, tikəni kiçik götürmək, yeməyi yaxşı çeynəmək və camaatın üzünə az baxmaqdan ibarətdir."[1]İmam Həsən