A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Çox danışırsan — boşboğaz deyirlər, az danışırsan — axmaq. Uyğur atalar sözləri
  • Çox danışmaq insanın nə qədər çox məlumatı olduğunu deyil, yalnız nə qədər boşboğaz olduğunu göstərir. V for Vendetta
  • Deputatların əsas məşğuliyyətləri sonsuz boşboğazlıq və rüşvət tələb etməkdir. Alfred Nobel
  • Dilini tutan canını qoruyar, amma boşboğazın sonu müsibətdir. Tövrat
  • Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə, siyasət meydanı sizin üçün bağlıdır. Oskar Uayld
  • Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir.[2]Ziqmund Freyd
  • Xalqın adından danışan hər kəs, ilk növbədə, özü-özündən soruşmalıdır ki, xalq ona onun adından danışmaq səlahiyyəti veribmi? Əgər belə bir səlahiyyət yoxdursa, günlərin bir günü onun yaxasından tutub boşboğazlıq üstə ittihama çəkəcəyi şəksizdir. Heydər Əliyev
  • Məqaləmizin ümumi məqsədi pis həyat yollarını göstərmək, kin, boşboğazlıq və ehtirasları üzə çıxarmaq və geyimdə, danışıqda və davranışda ümumi sadəliyi tövsiyə etməkdir. Riçard Stil
  • Mən, boşboğaz ağılsızlığın təmkinli şüurluluğuna üstünlük verirəm. Mark Tulli Siseron
  • Sakitlik (təmkin) ona deyilir ki, şəriətin hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və müharibələrdə nəfs boşboğazlıq və sadəlövhlüyə yol verməsin. Nəsirəddin Tusi
  • Sevgi boşboğaz adam üçün bir məşğuliyyət və fəal insan üçün asudə vaxtdır. Eduard Bulver-Litton
  • Susqunluq hər zaman dahiliyin əlaməti deyildir, amma boşboğazlıq daima axmaqlığın əlamətidir. Bencamin Franklin

İstinadlar

redaktə
  1. Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikrin tarixindən. Bakı, 2007, səh.70
  2. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015