Uzaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adam kasıblayanda köhnə borclarını və uzaq qohumlarını xatırlayır. Kürd atalar sözləri
- Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
- Axırıncı verst hamısından uzaq olar. Fin atalar sözləri
- Ağıl sahibi olan hər hansı bir şəxs bütün eyiblərdən uzaq olur. Zeynalabdin Şirvani
- Alçalan insanların yüksələn qiymətlərindən uzaq dururam. Murathan Mungan
- Alma öz ağacından uzaq düşməz. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir. Uorren Baffett
- Bu uzaq nöqtədən Yer xüsusi maraq doğurmaya bilər. Amma bizim üçün fərqlidir. Bu nöqtəni bir daha nəzərdən keçirin. Ora bura, o ev, o bizik. Onun üzərində sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, indiyə qədər eşitdiyiniz hər kəs, indiyə qədər olan hər bir insan öz həyatını yaşadı. Sevincimizin və iztirabımızın məcmusu, minlərlə inamlı dinlər, ideologiyalar və iqtisadi doktrinalar, hər ov və ovçu, hər qəhrəman və qorxaq, sivilizasiyanın hər yaradıcısı və məhvedicisi, hər bir kral və kəndli, hər sevgi dolu gənc cütlük, hər ana və ata, ümidli uşaq, ixtiraçı və kəşfiyyatçı, hər bir əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər bir “super ulduz”, hər bir “ali lider”. Yer böyük bir kosmik arenada çox kiçik bir mərhələdir. Bütün o generallar və imperatorlar tərəfindən tökülən qan çaylarını düşünün ki, onlar şöhrət və zəfər içində bir nöqtənin bir hissəsinin ani ustası ola bilsinlər. Bu pikselin bir küncünün sakinlərinin başqa bir küncün çətin ki, fərqlənən sakinlərinə baş çəkdikləri sonsuz qəddarlıqları, onların nə qədər tez-tez anlaşılmazlıqlar etdiyini, bir-birlərini öldürməyə nə qədər həvəsli olduqlarını, nifrətlərinin necə qızğın olduğunu düşünün. Duruşlarımız, təsəvvür edilən öz əhəmiyyətimiz, Kainatda hansısa imtiyazlı mövqeyə malik olduğumuza dair aldanışımız bu solğun işıq nöqtəsi ilə mübahisə edir. Planetimiz böyük kosmik qaranlıqda tənha bir ləkədir. Bizim qaranlıqda, bütün bu genişlikdə bizi özümüzdən xilas etmək üçün başqa yerdən kömək gələcəyinə işarə yoxdur. Yer bu günə qədər həyatın yaşadığı yeganə dünyadır. Ən azından yaxın gələcəkdə növlərimizin köçə biləcəyi başqa heç bir yer yoxdur. Ziyarət, bəli. Razılaşın, hələ yox. İstəsək də, istəməsək də, bu an üçün Yer bizim dayandığımız yerdir. Astronomiyanın alçaldıcı və xarakter formalaşdıran bir təcrübə olduğu deyilir. Bəlkə də kiçik dünyamızın bu uzaq görüntüsündən daha yaxşı insan təkəbbürünün axmaqlığının nümayişi ola bilməz. Mənə görə, bu, bir-birimizlə daha mehriban davranmaq və indiyə qədər tanıdığımız yeganə ev olan solğun mavi nöqtəni qorumaq və əzizləmək bizim məsuliyyətimizi vurğulayır. Karl Saqan
- Büdrəməyən adam uzaq yol gedər. İngilis atalar sözləri
Ç
redaktə- Çıxdığın dağ uca olsa, atdığın daş uzaq gedər. Qırğız atalar sözləri
D
redaktə- Dostumsansa yanımda, düşmənimsənsə qarşımda ol. Ortada bir yerdəsənsə; Məndən uzaq ol. Çarlz Bukovski
E
redaktə- Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, Çarlz Bukovski
Ə
redaktə- Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
- Əgər cibin boşsa, yaxın dostun da uzaq olacaq. İndoneziya atalar sözləri
- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
G
redaktə- Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz. Həzrəti Ömər
X
redaktə- Xəstəlik törədən amilləri sən, Çalış ki, özündən kənar edəsən.
Uzaq ol dərmandan, acmamış yemə, Doymamış əlini götür süfrədən. Əbdürrəhman Cami
İ
redaktə- İnsan sürüsünə nifrət edirəm və ondan uzaq gəzirəm. Horatsi
M
redaktə- Mədəniyyətdən uzaq yaşayan insanları gördükcə insanın təbiəti haqqında daha yaxşı fikirləşməyə fürsətim oldu və sözdə mədəni insan ilə sözdə vəhşi insan arasındakı təməl fərqlərin yoxa çıxdığını gördüm. [1] Alfred Rassel Uolles
- Məlumatın azı təhlükəli isə təhlükədən uzaq dayanacaq qədər çox şey bilən adam hardadır? Oldos Haksli
- Məni iki uzaq dost əvəzinə, bir yaxının kimi gör. Tupak Şakur
- Mənim xəyalımdakı eşq, iki insanın bir-birini sahiblənmə duyğusundan daha çox uzaq bir şeydir. Fridrix Nitsşe
- Müdrik adam zövq axtarmaz, qayğı və ağrılardan uzaq dayanar. Aristotel
- Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Rene Dekart
N
redaktə- Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. Mövlana Cəlaləddin Rumi
Ö
redaktə- Özünüzə olan inamınızı sarsıtmağa çalışan uzaq olun. Bu yalnız kiçik insanlara xas olan cəhətdir. Böyük insan isə, təlqin etməyə çalışacaqdır ki, siz də böyük işlər görə bilərsiniz. Mark Tven
P
redaktə- Pambəğı oddan, cavanları içki və qumardan uzaq saxlayın. Bencamin Franklin
- Pis yoldaşları tərk et. Onları sevmə, salehləri sev. Yaxının belə olsa, pis yoldaşdan uzaq dayan. Uzaq belə olsa, yaxşı yoldaşlarla birlikdə ol. Kimi sevsən, səninlə onun arasında bir yaxınlıq olar. Buna görə, sevgi bəslədiyin kimsənin kim olduğuna yaxşı bax. Əbdülqədir Geylani
U
redaktə- Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.[2] İbn Sina
- Uşaqkən; hər şeyin sahibi olmaq üçün böyümək istəyirdik. Böyüdük; indi hər şeydən uzaq olmaq üçün həmişə uşaq qalmaq istəyirik. Paulo Koelyo
- Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela
- Uzaq planları olmayan insanı yaxında fəlakətlər gözləyir. Konfutsi
- Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır. Azərbaycan atalar sözləri/U
- Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü. Azərbaycan atalar sözləri/U
- Uzaq yerin xəbərini karvan gətirər. Mahmud Qaşğari
- Uzaqdan baxana döyüş asan gələr. Azərbaycan atalar sözləri/U
- Uzaqdan zurna səsi xoş gələr. Azərbaycan atalar sözləri/U
- Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir. Azərbaycan atalar sözləri/U
Ü
redaktə- Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
V
redaktə- Vacib olan dərdlərdən uzaq qalmağı necə bacara bildiyiniz deyil; başınız dərdə girdiyində bunun öhdəsindən necə gəldiyinizdir. Pol Oster
Y
redaktə- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[3] Cəfər Sadiq
- Yamanlıq etməkdən uzaq ol, uzaq, Pisliyin əvəzi pislik olacaq. Nizami Gəncəvi
- Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo
Istinadlar
redaktə- ↑ Evrimin ateşli kızıl radikali
- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- ↑ Tuhəful-Uqul, səh.373