Adətən, siz deyirsiniz ki, Allah hər şeyi insanlar üçün yaradıb. Müdriklər üçün? O halda, o bu qədər az adam üçün nə qədər böyük səy göstərib. Yaxud, axmaqlar üçün? Əgər bütün axmaqlar ən çox axmaq oduqlarına görə bədbəxt insanlardısa, o zaman Allah nəyə nail olub? Mark Tulli Siseron
Axmaqlar düşündüyümüzdən azdır; insanlar bir-birlərini sadəcə olaraq başa düşmürlər. Lyuk de Klapye Vovenarq
Axmaqlar düşünür ki, vətənlərini Amerika mandatına, Britaniya protektoratına buraxmaqla xilas olacaqlar. Onlar öz rahatlıqlarını təmin etmək üçün tarix boyu davam edən bir vətən və türk istiqlalını fəda edirlər! Mustafa Kamal Atatürk
Axmaqlar ən çox müdriklikdən, vicdansızlar isə vicdandan dəm vururlar. Paul Ernest
Axmaqlar heyran olur, ağıllı insanlar isə razılıq ifadə edirlər. Aleksandr Pop
Axmaqlıq, axmaqlığın edilməsindən yox, onu ört-basdır edə bilməməkdən ibarətdir. İnsanların hamısı səhvə yol verir, amma axmaqlar onu hamıya nümayış etdirdikləri halda, müdriklər öz nöqsanlarını gizlədirlər. Reputasiya gözə nə göründüyündən çox, nələrin ört-basdır olunduğundan asılıdır. Əgər xoşməramlı ola bilmirsənsə, onda heç olmasa ehtiyatlı ol. Baltazar Qrasian
Ağıllı adam axmaqların əhatəsində olmasaydı, daha tez-tez çətin vəziyyətə düşərdi. Fransua de Laroşfuko
Ağıllı adamlar ideyaları, sıravi şəxslər hadisələri, axmaqlar isə insanları müzakirə edir. Kozma Prutkov
Ağıllı adamlar söyləyəcək sözləri olduğu üçün, axmaqlar mütləq danışmaq məcburiyyətində olduqları üçün danışarlar. Platon
Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır. Sokrat
Ağıllı və yetkin insanlar, ancaq əbədi olan dəyərlərdən və mənəviyyatdan həzz duyarlar. Axmaqlar şəhvət və digər hakimlərinin əsiridirlər. Cəmil Məric
Ağıllılar həmişə şübhə içindəykən axmaqlar həyasızca özündən əmindir. Bertran Rassel
Bir çox axmaqlar və zəif düşüncəli insanlar alkoqolizmə meylli valideynlərdən doğulur. Frensis Bekon
Bir çoxları İlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər. Ey axmaqlar! Axı Tanrı ona ağıl, deməli, seçmək azadlığı vermişdi, belə ki, ağıl seçmək bacarığından başqa şey deyildir, əks halda Adəm adicə maşın olardı.[2]Con Milton
Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib, yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına ürəyini, sərvətini verib, vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə kişinin onu sevdiyinə inanmayacaq. Onore de Balzak
Demokratiya dövründə axmaqlar səs vermə, diktatura dövründə - idarəetmə hüququna malikdirlər. Bertran Rassel
Demokratiyada axmaqlar səs vermə, diktaturada isə hökm etmə hüququna malikdirlər. Mark Tven
Döyüşdə təcrübəli olanlar qəzəblənmir, qalib gəlməyi bilənlər qorxmur, müdriklər döyüşməzdən əvvəl qalib gəlir, axmaqlar isə qalib gəlmək üçün mübarizə aparırlar. Zhuge Liang
Dünyanı, ağıllılar yaşasın deyə axmaqlar qurmuşdur. Oskar Uayld
Dünyanın bütün problemi, axmaqlar və fanatiklər bu qədər özündən əminkən, ağıllı insanların şübhələrlə dolu olmasıdır. Bertran Rassel
Əgər siyasətə daxil oldunuzsa, pul haqqında unudun. Və yaxud tərsinə. Pulun siyasətlə görüşü kibritin dinamitlə görüşünə bənzəyir. Hər an partlayış baş verə bilər. Həmişə özümə deyirəm ki, dünyaya işləmək üçün yox, həzz almaq üçün gəlmişik. Bütün zamanınızı işə sərf edirsinizsə, tezliklə buna peşman olacaqsınız. Yalnız axmaqlar rəqiblərinə aqressiya ilə yanaşırlar. Əgər ətrafa düşmən kimi yanaşırsınızsa, əmin olun, onlar elə düşmənə çevriləcəklər. Rəqabət şahmat oyunu kimidir. Uduzdunsa, növbəti raundu oyna. Əlbəyaxa olmaq vacib deyil. Sahibkar üçün düşmən yoxdur. Bunu anladınsa, kimsə səni dayandıra bilməyəcək. Depressiyaya düşüb həyatdan şikayətlənmək alkoqolizm kimi bir şeydir. Nə qədər çox içirsinizsə, vəziyyət bir o qədər pisləşir.[3]Cek Ma
Əksər insanlar düzgün axmaqlar kimi yox, mahir fırıldaqçılar kimi tanınmağa üstünlük verir. Fukidid
Ən sadə yalanları gözümə baxaraq söyləyən axmaqlar gördüm. Mənsə onların cahil cəsarətlərinə və quş beyinlərinə heyrandım. Kiçik İsgəndər
Əslində axmaq sarışın deyə bir şey yoxdur. Sadəcə kişilərin diqqətini çəkmək üçün, saçlarını sarıya rəngləyən axmaqlar var. Bob Dilan
Şübhə yoxdur ki, dünyanı müdriklər deyil, axmaqlar idarə edir. Ağıllılar düşünərkən, axmaqlar hərəkət edir; Müdriklər araşdırarkən, axmaqlar qərar verir; müdriklər kəşf edənə qədər, axmaqlar nizam-intizam üçün, müdriklər isə qanun və asayiş naminə, yoxsa, sülh və əmin-amanlıq naminə yol verməyə məcburdurlar. Cin İngelou
Yaxşı, qəbul edirəm; uşaqkən maqnit udmuş ola bilərəm, amma bütün axmaqlar da dəmirmi uddu? Yılmaz Ərdoğan
Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram. Salvador Dali
Yalnız axmaqlar fikirlərini dəyişməkdən imtina edirlər. Brijit Bardo