Danışıqlar

Tərəflərin ortaq çıxarlarına əsaslanan qərar vermək üçün girilən diyalog



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bal danışıqlar zəhərsiz olmur. Alman atalar sözləri
  • Başçı hökmən ruhən qələbəyə can atmalıdır. Heç də məcburi deyil ki, hər dəfə qalib gələsən, amma ən vacib döyüşləri udmaq lazımdır. Rəhbər başa düşməlidir ki, rəqabət həm bizim xalqın arasında, həm də ondan xaricdə çox qüvvətlidir, onu nəzərə almamaq olmaz. Məhz azğın rəqabət ruhu döyüş meydanında, danışıqlar masası arxasında və daxili nifaqlar dövründə qalib gələnləri hərəkətə gətirir. Rəqabət ruhu olmayan rəhbər zəifdir, xırda çətinliklər qarşısında geri çəkilir. Atilla
  • Başqalarının danışıqlarına qulaq asan şəxs heç vaxt özü haqqında yaxşı bir şey eşitmir. ABŞ atalar sözləri
  • Bəşəriyyət bir daha özünü müharibənin absurd və həmişə ədalətsiz fenomeni ilə bağlı sorğu-sual etməlidir, onun ölüm və ağrı səhnəsində ancaq onun qarşısını ala biləcək və etməli olan danışıqlar masası dayanır. II İohann Pavel
  • Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. Nəsirəddin Tusi
  • Biz danışıqları bu prinsiplə apara bilmərik, "Mənimki mənimdir, sizinki barədə isə danışaq". Con F. Kennedi
  • Biz heç bir zaman qorxudan danışıqlar aparmayacağıq və heç zaman danışıqlardan qorxmayacağıq. Con F. Kennedi
  • Bürokratiya tipik mikroblardır, onlarla nə danışmaq lazımdır? Axı biz mikroblarla danışıqlara girmirik. Biz sadəcə onları öldürürük. Alfons Alle
  • Bütün danışıqlarda mütləq diplomatik təşəbbüsü ələ alın. Bir an belə düşmənlə təmasdan ayrılmadan həmişə hücum edin ki, onu pis vəziyyətə salasınız və qalib gələ biləsiniz. Atilla
  • Danışıqlar aparın, həmişə danışıqlar aparın, hətta müharibə apararkən belə. Kardinal Rişelye
  • Danışıqlar faktlara uyğun gəlmir. Mark Tulli Siseron
  • Danışıqlar olan yerdə razılaşmaya ümid var. Somali atalar sözləri
  • Danışıqlar zamanı öz üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirin, yoxsa gələn dəfə düşmən sizin sözünüzə inanmaz. Atilla
  • Danışıqlarda ciddi, ölçülüb-biçilmiş riskə getmək lazımdır, çalışın ki, bütün mümkün olan nəticələri qabaqcadan görə və arzu olunan nəticəni əldə edə biləsiniz. Atilla
  • Əgər dostlarınız sizi düşmənlərlə danışıqlar aparmaq üçün lazım olduğunuza inandırdırmağa çalışırlarsa — xainlər artıq hər şey barədə razılığa gəlmişlər. Al Kaponi
  • Əsərin qəhrəmanlarının kimlər olduğunu oxucu əvvəldən bilirsə, onların danışığında mürəkkəblik artıqdır. Danışıqlar naturadakı rənglər kimi olmalıdır. Əgər qəhrəmanlar sonda açılırsa, danışıqlar sistematik funksiya daşıyır, yəni mürəkkəbliyi ifadə etmək üçün vasitədir. Ona görə də onda məntiqi bağlılıq ardıcıl olmalıdır. Xudu Məmmədov
  • Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.[1]
  • İsrail bütün tarixi boyu ərəb qonşuları ilə sülh bağlamaqdan narahat olub. Əgər uğurlu olarsa, hazırkı sülh prosesi İsrail üçün təhlükəsizliyini artırmaq, qonşuları ilə münasibətləri normallaşdırmaq və daha sabit və firavan Yaxın Şərq yaratmaq üçün potensial imkandır. Münaqişənin həlli tərəflər arasında qarşılıqlı hörmət və tanınma əsasında birbaşa danışıqlardan asılıdır. ABŞ-ın İsrail qarşısındakı öhdəliyi davam etməlidir ki, İsrail öz keçmiş və indiki düşmənləri ilə güclü mövqedən danışa bilsin… İsrail yalnız Amerikanın sarsılmaz dəstəyi sayəsində sülh üçün risk edə bilər. Barak Obama
  • Qadın hirsləndikdə onun danışıqlarında sağlam düşüncə axtarma! Per Oqyusten Karon Bomarşe
  • Qayda-qanun olan ölkədə hərəkətlərində, danışığında cürətli ol. Qayda-qanun olmayan ölkədə hərəkətlərində cürətli, danışıqlarında isə ehtiyatlı ol. Konfutsi
  • Lakin Leninqrada hücum məsələsi gündəmdən çıxarılmadı. Bir müddət sonra, sentyabrın 4-də Almaniya silahlı qüvvələrinin qərargahından feldmarşal Keytelin ən etibarlı adamı general Yodl gəldi və o, Finlandiyanın bu cəhddə iştirak etməyə borclu olduğuna məni inandırmaq tapşırıldı. Mən öz nöqteyi-nəzərimə möhkəm sadiq qaldım və açıq-aşkar ciddi göstərişlər alan general Jodl özünü saxlaya bilməyib qışqırdı:

— Heç olmasa xoşməramlılıq nümayiş etdirmək üçün nəsə edin! Almanlarla münasibətlərimizin daha da gərginləşməsin deyə, Almaniyadan Finlandiyaya 15 min ton taxılın tədarükü ilə bağlı o dəqiqə aparılan danışıqlarda mümkünsə müsbət qərara nail olmaq üçün mən öz razılığıma qarşıyam. İradə, qoşunlarımızın sağ cinahının qarşısında yerləşən Qara çaya hücum məsələsi üzərində düşünməyə razılaşdı. Lakin bu plan da həyata keçirilmədi. Dövlət sərhədinin köhnə xəttini keçib-keçməmək məsələsi hökumət dairələrində və parlamentdə qızğın fikir mübadiləsinə səbəb ola bilər. Mənə dedilər ki, Xəzinədarlıq katibi Tanner bu ideyaya qəti şəkildə qarşıdır. Mən də öz növbəmdə bu problemə o qədər kəskin bucaqdan baxmadım ki, hər şeydən əlavə mənə çox formal göründü. Sülhün pozulması bizə imkan verdi ki, hərbi vəziyyət bunu tələb edərsə, dövlət sərhədindən kənara çıxıb orada mövqe tuta bilək. Qoşunlarımızın Leninqrada hücumda iştirakına müqavimət göstərərkən mən ilk növbədə hərbi mülahizələrdən daha ciddi olan siyasi mülahizələrdən çıxış etdim. Karl Qustav Emil Mannerheym

  • Ölkəmin torpaqları üçün heç vaxt danışıqlar aparmayacağam, ancaq ölkəmin övladlarının gücü ilə onları alacam. Nadir şah
  • Öz ağlını danışıqlarda yox, susmaqda aşkar etmək daha yaxşıdır. Artur Şopenhauer
  • Pis danışıqlar yaxşı adətləri korlayır. Fin atalar sözləri
  • Polşalıların cəsarəti olmasaydı, 1980-ci illərin sonundakı bütün diplomatik səylər və beynəlxalq danışıqlar Avropaya dəyişiklik gətirməzdi. Tarixin gedişatında dəyişikliyin təşəbbüskarı sadə insanlar idi. Corc Herbert Uoker Buş
  • Tezliklə başlasaydı bu döyüşlər, müharibələr, danışıqlar… Henrix Himmler
  • Vaxtı diqqətlə izləyin. Danışıqlar anında rəqibin vəziyyətini başa düşərək cəlbedici alternativ təkliflər verin, yoxsa о sizin bütün təkliflərinizi rədd edəcək. Atilla
  • Yalnız azad kişilər danışıqlar apara bilər; məhbuslar müqavilə bağlaya bilməzlər. Sənin azadlığımla mənim azadlığımı ayırmaq olmaz. Nelson Mandela

İstinadlar

redaktə