Gəmi

dəniz nəqliyyatı vasitəsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amerikanın inşa etdiyi amerikan gəmiləri tərəfindən görülməli olan işlərə görə əcnəbilərə hər il iyirmi milyon dollardan otuz milyon dollara qədər (digər dövlətlərin gəmiləri ilə bölüşməli olduğumuz keçid pulu istisna olmaqla) ödəməyə məcbur olmağımız Amerikaya məxsus bu xalqa gəldikdə, milli bir alçaqlıqdır. Bu, ölkənin resurslarına birbaşa bu qədər pulun boşaldılmasıdır; onu dənizə atmağa bərabərdir. Uliss Qrant
  • Bəşəriyyət fırtınada üzən gəmiyə bənzəyir. Kompas zədələnib, dəniz kartları köhnəlib, kapitan suda batıb, matroslar növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər vəziyyətini nəinki ekipaj üzvləri, eləcə də göyərtədəki sərnişinlərlə razılaşdırmaq lazımdır... Uinston Çörçill
  • Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar. Pifaqor
  • Cəsarətli olmaq, deməli öz xasiyyətini cilovlamaq. Ehtiraslara ondan imtina edənlər yox, gəmini və ya atı lazımi və faydalı yerə yönəldib idarə edənlər kimi istifadə edənlər hakimlik edir. Aristotel
  • Çinə qarşı indiyə qədər həyata keçirilən siyasətdən daha maarifləndirici siyasətin təşkilatçılığı ilə, əsasən də öz görkəmli vətəndaşlarımızdan birinin fərasəti və səyləri sayəsində dünya bu sıx və indiyə qədər müstəsna olan bu xalqla böyük ölçüdə artan əlaqələrə başlamaq üzrədir. Birləşmiş Ştatlar bu yeni siyasətin təşəbbüskarı olduğu kimi, onlar da bu siyasətin uğur qazanması üçün öz xoş niyyətlərini göstərməkdə ən ciddi şəkildə olmalıdırlar. Bununla əlaqədar olaraq, mən çinlilərin bizim torpaqlarımızda qullar adı altında əsarət altına alınmasını əbədi olaraq istisna edəcək qanunları tövsiyə edirəm, həmçinin Amerika gəmilərinin bu sistemə dözən hər hansı bir ölkəyə külək daşınması ilə məşğul olmasına mane olur. Mən həmçinin Çinə olan missiyanın birinci siniflərdən birinə yüksəldilməsini tövsiyə edirəm. Uliss Qrant
  • Ehtiraslar -gəmi yelkənlərini dolduran küləklərdir. Bəzən bunlar gəmini batırır, lakin onlarsız gəmi üzə bilməzdi. Volter
  • Elə təhnalıq var ki, üstündən sükutla keçmək olar. Qolları sinədə çarpazlayır, dizləri bükürsən və yırğalan ki, yırğalan… Bu hərəkət gəmi yırğalanmağından fərlidir, adamın ruhunu sakitləşdirir. Bu hiss haradansa içdən gəlib səni bütünlüklə ağuşuna alır. Elə tənhalıq da var ki, o səni kənardan zəbt edir. Onu sakitləşdirmək olmur. O çox canlı və azad olur, istədiyini edir. O yayılıb çoxalır, bütün ətrafını bürüyür, belədə sanki öz addım sıslərini kənardan eşidirsən. Toni Morrison
  • Elmsiz praktikaya aludə olan adam gəmini sükansız və kompassız idarə etmək istəyən kapitana bənzər; o, hara üzdüyünü özü də bilməz. Leonardo da Vinçi
  • Gəmi gedir - buxta qalır, zaman gedir - söz qalır. Tamil atalar sözləri
  • Gəmi qəzasından qaçan kapitan kimi dövlətin başında duran da müharibələrdən qaçmalıdır. Gi de Mopasson
  • Gəmi sükançısı sualtı daşlardan ehtiyat etdiyi kimi, natiq də artıq sözlər işlətməkdən çəkinməlidir. Qay Yuli Sezar
  • Gəmini batıran dəniz deyil, küləkdir. Rus atalar sözləri
  • Gəmilər üçün körpü liman, həyat üçün isə dostluqdur. Pifaqor
  • Gəmiyə iynə ulduzu boyda yerdən də su axıb dolur. Alman atalar sözləri
  • Gələcəkdən qorxmayın. Ona baxın, onun hesabına aldanmayın, lakin qorxmayın. Dünən mən kapitan körpüsünə qalxdım və dalğaları inamla yaran gəmini gördüm. Və mən özümdən soruşdum ki, niyə gəmi dalğalara qalib gəlir, baxmayaraq ki, dalğalar çoxdur, amma gəmi birdir? Və başa düşdüm ki, gəminin məqsədi var, dalğaların isə yox. Əgər məqsədimiz varsa, biz həmişə istədiyimiz yerə gələcəyik. Uinston Çörçill
  • Qocaları işdən uzaqlaşdırmaq istəyənlərin gəmi üzərkən sükançının heç nə eləmədiyini iddia edənlər kimi heç bir əsası yoxdur. Mark Tulli Siseron
  • O, gəmi xronometrindən çox da hərəkətli görünmürdü. Jül Vern
  • Sevgi məlum olmayan ölkədir və biz hamımız hər birimiz ora öz gəmimizdə üzürük və bizim hər birimiz öz gəmimizdə kapitanıq və gəmini öz yolu ilə aparırıq. Mixail Prişvin
  • Sınan gəmiyə nə külək. Azərbaycan atalar sözləri/S
  • Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı. Corc Oruell