Heyvanlar
Heyvanlar aləmi
(Heyvan səhifəsindən yönləndirilmişdir)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı. Azərbaycan atalar sözləri/A
- Aristotel deyir ki, "Yalqızlıqda yaşamaq üçün, ya heyvan, ya da Allah olmaq lazımdır". Burda üçüncü hal çatışmır: hər ikisindən - filosof olmaq. Fridrix Nitsşe
B redaktə
- Bir çaya, bir nanəcibə, bir də buynuzlu heyvana inanma. Benqal atalar sözləri
- Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Sinoplu Diogen
- Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər. Özdəmir Asaf
D redaktə
- Dişisinə pis davranan tək heyvan insanoğludur. Cek London
- Dörd ayaqlı heyvan da büdrəyir, alim də səhv edir. Tai atalar sözləri
H redaktə
- Heyvan heyvana oxşar, insan - insana. Qaraqalpaq atalar sözləri
- Heyvan kəsilməyincə yağı görünməz, insan danışmayınca - ağlı. Amxar atalar sözləri
- Heyvan otdan, molla aşdan doymaz. Tatar atalar sözləri
- Hər eşq, bitki adlarıyla başlayıb, heyvan adlarıyla sona çatır. Çak Palanik
K redaktə
- Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. Özdəmir Asaf
İ redaktə
- İnsan insana can atar, heyvan meşəyə. Gürcü atalar sözləri
N redaktə
- Naməhrəm ilə xəlvətdə olmaq haramdır, hətta o, qadına meyl sala bilən yaxud qadının meyl sala biləcəyi heyvan, məsələn meymun olsa belə.[1] İbn Teymiyyə
V redaktə
- Vəhşi heyvan tələ ilə, insan oğlu yaxşılıqla ovlanar. Sədi
Istinadlar redaktə
- ↑ İbn Teymiyyə əl-Hərrani, əl-Fətava əl-kubra, c.4, s.528; Dar əl-Marifə, Beyrut; İbn Teymiyyə əl-Hərrani, əl-Fətava əl-kubra, c.5, s.449; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1408/1987; təhqiq: Muhəmməd Əbd əl-Qadir Ata və Mustafa Əbd əl-Qadir Ata