A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
  • Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd

B redaktə

  • Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et! Con Uilks
  • Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Çarli Çaplin
  • Bütün böyük müəllimləri bir otağa toplayın, və onlar hər şeydə bir-biri ilə razılaşacaqlar. Onların şagirdlərini bir yerə toplayın, və onlar hər şeydə bir-biri ilə mübahisə edəcəklər. Brüs Li

C redaktə

  • Cahillə mübahisə etmək hədərdir. Sədi

D redaktə

E redaktə

  • Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen

Ə redaktə

  • Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı ortaya çıxır. Bernard Şou: İngilis yazıçısı

K redaktə

  • Kərpic divarla danişmağı sevirəm, o yeganə varlıqdır ki, mənimlə mübahisə etmir. Oskar Uayld

Q redaktə

  • Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar. Erix Mariya Remark
  • Qəzetənin ümdə muradı mübahisədir ki, aqil kəslər bir böylə mübahisə edib işləri xəlqə bəyan etsinlər. Həsən bəy Zərdabi
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
  • Qurandan, haqqında mübahisə edərək yox, içindəkilərə əməl edərək faydalanın. Əbdülqədir Geylani

M redaktə

  • Mübahisə edərkən öz səhvini boynuna almaq, filosoflara məxsus nadir, qiymətli keyfiyyətdir. Mişel de Monten

S redaktə

  • Savadsızlıq üç şeylə ölçülər: təkəbbürlük, əsassiz mübahisə aparma və Allahın varlığına şəkk etmə. Cəfər Sadiq
  • Sərxoşla mübahisə edən, olmayan düşmənlə vuruşur. Latın atalar sözləri

U redaktə

  • Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir. Volter

Z redaktə

  • Zərurətlə Allahlar da mübahisə etmir. Pittak