Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
A-nı həyatda müvəffəqiyyət olaraq təyin edək, o zaman A = X + Y + Z' dir; X çalışmaq, Y oyun, Z isə susmağı bilməkdir. Albert Eynşteyn
Bir araya gəlmək, bir başlanğıcdır. Bir yerdə olmaq, bir inkişafdır. Birlikdə çalışa bilmək isə müvəffəqiyyətdir. İnsanlara nə istədiklərini soruşsaydım, daha sürətli gedən at düzəldərdim. Henri Ford
Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. ABŞ atalar sözləri
Çətinliklər müvəffəqiyyətin dəyərini artıran bəzəklərdir. Molyer
Harada şeytan müvəffəqiyyətsizliyə uğrasa oraya qadın göndərərlər. Rus atalar sözləri
Heç bir müvəffəqiyyəti qəbul etməyin, dünəni də sabaha məhkum etməyin. (Arsenalla final matçından əvvəl, 2000) Fatih Terim
Heç kim müvəffəqiyyət nərdivanını əlləri cibində çıxmamışdır. Konfutsi
Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir. Mark Tven
Kimdə olursa olsun, azca səmimiyyət bir müvəffəqiyyət üçün köməkçi ola bilər. Fətullah Gülən
Müvəffəqiyyət asan əldə edilir, çətin olan müvəffəqiyyətə layiq olmaqdır. Alber Kamyu
Müvəffəqiyyət bir müvəffəqiyyətsizlikdən digərinə həvəsinizi itirmədən gedə bilməkdir. İngilis atalar sözləri
Müvəffəqiyyəti mükafatlandırmaq lazımdır. Ceyms Uotson
Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır. Bencamin Dizraeli
Müvəffəqiyyətin sirrini bilmirəm, amma müvəffəqiyyətsizliyin yolu hər kəsi xoşbəxt etməyə çalışmaqdan keçər. Bill Kosbi
Müvəffəqiyyətin və pulun zamanı gənclikdir. Oskar Uayld
Oturaraq müvəffəqiyyətə çatan tək varlıq toyuqdur. Oldos Haksli
Sağlam olmaq, həyat döyüşündə müvəffəqiyyətin birinci şərtidir. Əhməd Midhət
Səndən soruşsalar ki, müvəffəqiyyətin açarı nədədir? de ki özü-özünlə yola getməkdə. Pifaqor
Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir. Andre Jid