Allah ilanın ürəyindəkini bildiyinə görə onu ayaqdan məhrum elədi. Amxar atalar sözləri
Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
Azadlığa inanan bir dinə inanıram. Xalqım üçün mübarizə etməyi məhrum edən bir dini qəbul edəcək olsaydım, o dinin canı cəhənnəmə deyərdim. Malkolm X
Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər. Çanakya
Born This Way albomu yetkinluq simvolu idi, amma ARTPOP yetkinluqdan məhrum olacaq, o daha rəngli olacaq. Ledi Qaqa
Boynunda oturan sərxoş adamın rəftarından azğınlaşmış fil qarşısına çıxan hər şeyə hücum edir. Bilik məşəlindən məhrum olan hökmdar da uzaqgörən olmayan nazirlərin məsləhətlərinə qulaq asmaqla, tələsik hərəkət etmiş olur. Lazımı təhsil almış hökmdar öz dövlətində qayda-qanuna riayət edilməsinə çalışacaqdır. Çanakya
Əgər sevgidə seçim iradədən və düşüncədən asılı olsaydı, o zaman sevgi hissdən, ehtirasdan məhrum olardı. Vasitəsizlik elementinin iştirakı düşüncəli sevgidə də görünür. Çünki, bir neçə layiqli insandan yalnız biri seçilir və bu seçim ürəyin qeyri-iradi meylinə əsaslanır. Vissarion Belinski
Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər ki? Bencamin Franklin
Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
İnsan, sevgi və inanc kimi böyük bir qüvvətdən məhrum başlama nöqtəsində irəlləyir və məqsədə doğru gedirsə bu başa düşüləcək bir şey deyil. Albert Payk
İnsan təbiəti belədir: ən pis vəziyyətə düşməyincə mövqeyimizi əsla görmürük və malik olduğumuz nemətlərdən məhrum olmayınca onları dəyərləndirmirik. Daniel Defo
İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır. II Mehmed
Qadınsız bizim həyatımızın başlanğıcı köməkdən, ortası – həzzdən və sonu təsəllidən məhrum olardı. Nikola Şamfor
Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Həsən bəy Zərdabi
Mənfəətpərəstlik insanı ən gözəl duyğulardan - vətənə məhəbbətdən, ailə sevgisindən, təmizliyə, düzlüyə hörmətdən məhrum edir. Qay Krisp Sallyusti
Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Tur Xander
Məntiqi ilahiləşdirənlər ilahi hissdən məhrum olurlar. Əbu Turxan
Mühəndislik hesablamalarına əsasən inşa edilməyən bir bina neçə yıxılarsa, əbədi bir qanun sayılan ədalətdən məhrum olan imperatorluqlar da eləcə çökər..[1]Jan Batist Anri Lakorder