Cəsarət bizim irsimizdən yoxa çıxıb. Gügman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld
Dünya çox xərclər çəkib ki, indi kimi olsun, nə olsun ki, o qədər də ideal deyil, amma onda yaşamaq olar. Buna baxmayaraq yenə də nəsə çatışmır - axı həmişə nəsə çatışmır. Paulo Koelyo
Həqiqi, təmiz məhəbbət müqəddəs bir hissdir. Onu pul ilə almaq, pulla satmaq olmaz, Bu hiss şan-şövkətdən, tac və taxtdan əl çəkdirər. Bu hiss padşahı gədadan ayırmaz, həqiqəti təmiz məhəbbət, məzhəb, din bilməz və çirkin fıkirlər bəsləməz,.. Məşuqun məbudun vüsalına çatıb sonra ölmək ancaq həqiqi, təmiz məhəbbətin nişanəsidir. Məbud idealdır. Həqiqi, təmiz məhəbbət sahibi məbuduna, məşuquna çatırsa, ideala çatan kimidir. Nəriman Nərimanov
İdealda ictimai vicdan deməlidir: əgər bizim xilasımız əzab verilmiş uşaqdan asılıdırsa, o zaman qoy hamımız məhv olaq və bu xilası qəbul etməyək. Fyodor Dostoyevski
İdeallarsız, yəni azacıq da olsa yaxşı şey istəmədən heç vaxt yaxşı gerçəklik alınmaz. Fyodor Dostoyevski
İdealsız düzgün istiqamət götürmək, istiqamət götürmədən də yaşamaq olmaz. Lev Tolstoy
İndiki vaxtda ideal eşq əlaqəsi məktubla davam etdiriləndir. Corc Bernard Şou
İnsanlar üçün ən ideal nizam, onların xoşbəxt olduğu nizamdır. Alber Kamyu