Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq.[1]Roques Montqayllard
Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
Azadlıq yalnız hökumət tərəfdarları üçün, yalnız bir partiya üzvləri üçün - nə qədər çox olsalar da - azadlıq deyil. Azadlıq həmişə fərqli düşünənlərin azadlığıdır. "Ədalət" fanatizmə görə deyil, amma ibrətamiz və faydalı olan və siyasi azadlığın təmizləyicisi olan bu varlığa bağlıdır və "azadlıq" bir imtiyaz halına gəldikdə təsiri uğursuz olur. Roza Lüksemburq
Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi. Xalid Hüseyni
Başqa insanlardan fərqli olduğumu çox erkən anladım. Çoxluğun gözündə dəli görünməmək üçün rejissor olmalı idim. Federiko Fellini
Bir fərd üçün dəyərli ola bilən ibadət və mənəvi intizam formaları, o sinif daxilində, daha aşağı və ya daha yüksək inkişaf səviyyəsində olan fərqli bir təbəqəyə mənsub olan digəri üçün faydasız və ya hətta müsbət mənada zərərli ola bilər. Oldos Haksli
Bir gün xəstələndiyi üçün Putneyə baş çəkmək üçün 1729 nömrəli taksiyə yaxınlaşdım. Bu nömrənin mənə çox darıxdırıcı göründüyünü və pis bir işarə sayılmayacağına ümid etdiyimi bildirdim. - Yox! deyə cavab verdi. - Bu çox maraqlı rəqəmdir, iki kubun cəmi olaraq iki fərqli şəkildə ifadə edilə bilən ən kiçik rəqəmdir. Godfrey Hardi
Bir zamanlar güclü insanların qalıqları Afrikanın barbar orduları arasında itdi; xalq olmağı dayandırdılar; səkkiz əsr ərzində fərqli və şərəfli bir dövlət qursalar da, oözlərindən sonra bir ad belə qoymadılar. Seçdikləri ölkə, sevimli evləri, qəsb edənlər istisna olmaqla, onları tanımaqdan imtina edir. Yüksək qayaların nöqtələri bəzi böyük daşqınların miqyasını göstərdiyindən, yalnız xarabalığa çevrilmiş bir neçə bina öz qədim gücünü təsdiq edir: Əlhambra, qotik binaların ortasındakı bu şərq sarayı, bu cəsur, ağıllı insanların zərif abidəsidir; mehriban, zəfər çalan, hakim olan və yoxa çıxan. Vaşinqton İrvinq
"Ərəblərin İspaniyada hökmranlığı haqqında düşüncə" (1832), Elhamra Nağılları , Vaşinqton İrving , ed. H. Fournier, 1832, t. 1, s. 83-84
Dahi ilə dəlinin bənzərliyi ondadır ki, hər ikisi də bütün insanlardan fərqli bir dünyada yaşayır. Artur Şopenhauer
Davamlı yanan işığı müşahidə edən uşaqlar, gördüklərinin yalnız bir alov olduğuna inanırlar. Yetkinlər isə hər an ortaya çıxan və yox olan fərqli alovlar seriyası olduğunu yaxşı bilirlər. Mistiklər baxımından bu, mütləq Allahdan başqa hər şeyə aiddir. Eynəlqüzat Miyanəci
Deyilənə görə ölənlər barəsində ya yaxşı ya dakı heç bir şey söyləmək lazım deyildir. Məncə bu axmaq fikirdir. Bu misalı yaşayan insanlara aid etmək lazımdır. Çünki öləndən fərqli olaraq diri insanın xətrinə dəymək mümkün olur. Aqata Kristi
Dəlilik eyni şeyi təkrar - təkrar etmək və fərqli nəticə gözləməkdir. Bencamin Franklin
Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. Duqlas Noel Adams
Dünyada siyasət və qılınc iki fərqli gücdür və siyasət qılıncı həmişə məğlub edir. Jan de Labrüyer
Əgər ağırlıq və uzunluq ölçüləri mövzusunda qavrayışımız fərqli olsaydı, Günəşin önündə ehtiramla durduğumuz kimi atəşböcəyinin də önündə də eyni ehtiramla dayanardıq. Cübran Xəlil Cübran
Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı. Oskar Uayld
Əgər sən hamı kimi düşünürsənsə, sən artıq səhv edirsən. Çünki hamı fərqli cür düşünür.Sun Dzı
Əgər yazıçı düşündüklərindən fərqli bir şey yazarsa, o yazı naqis olar. Anatol Frans
Əlli yaşındakı kişi başqa yaşlardan fərqli olaraq daha təhlükəlidir. Çünki, çox qiymətli təcrübəyə və çox zaman da sərvətə malik olur. Onore de Balzak
Əvəzolunmaz olmaq üçün həmişə fərqli olmaq lazımdır. Koko Şanel
"Hazırki yaşayışımdan o qədər də məmnun deyiləm. Şübhəsiz, futbol oynayarkən daha xoşbəxt idim. Futbol oynamaq mənim xəyalım idi və hazırda tamamilə fərqli həyat sürürəm. Bu səbəbdən də xoşbəxtliyim də bir qədər fərqlidir. Ancaq yenə də futboldan ayrıla bilmirəm".[2]Zinəddin Zidan
Həmişə eyni qadını sevməyin mümkün olmadığını söyləmək, məşhur bir musiqiçinin fərqli melodiyalar çalması üçün fərqli skripkaya ehtiyacı olacağına inanmaq qədər mənasızdır. Onore de Balzak
Hər kəsdən daha yaxşı olmadığınızı anlayacaq qədər təvazökar, hamıdan fərqli olduğunuzu qavrayacaq qədər müdrik olun. Nəsirəddin Tusi
Hər şeyə sahib olanda və hələ də çarəsiz qalanda nə qədər dəhşətli olduğunu təsəvvür edə bilirsənmi? Səhnədə o qədər güclüyəm ki, sanki bir canavar yaratmışam. Mən ifa edərkən gedən insanam, amma içimdə tamamilə fərqli bir adamam. Freddi Merkyuri
Həyatdan heç zaman küsməyin. axı onun fərqli olacağını sizə heç kəs vəd etməmişdi. Eduard Sevrus
246-dan çox fərqli pendir növü olan bir ölkədə tək partiyalı sistemin işləməsini necə gözləmək olar? Şarl de Qoll
İnsanın günaha batmaq istəməməsi ilə istəyib-bacarmaması fərqli şeylərdir. Seneka
İnsanlar həyatda qane olmaq və xoşbəxtlik üçün fərqli yollar seçirlər. Onların sizinlə eyni yolda olmamaları, yollarının səhv olduqları mənasına gəlmir. Tenzin Gyatso
Kim olduğumu bilməyin gərəkli olduğunu düşünmürəm. Həyatın və çalışmağın təməl istiqaməti, başlanğıcdakı tipimizdən fərqli başqa bir tipə çevrilməkdir. Mişel Fuko
Kişi, qadın üçün, qadın isə kişi üçün sirrdir. Əgər belə olmasaydı, təbiət onları bir-birindən fərqli yaratmazdı. Rabindranat Taqor
Köhnə mebellərə, ofort və incənəsət əsərlərin olduğu mağazaların yerləşdiyi Paris küçələri rəsmi muzeylərdən fərqli olaraq əsl muzeyi özündə təcəssüm etdirir. Oqust Rodin
Məgər həyat qiymət vermək, üstün tutmaq, ədalətsiz olmaq, məhdud, hər şeydən fərqli olmaq arzusundan ibarət deyilmi? Fridrix Nitsşe
Mən təkəm. Öz ürəyimə və insanlara bələdəm. Mən gördüklərimdən fərqli şəkildə yaradıldım; cəsarətlə deyə bilərəm ki, mən dünyada heç kimə bənzəmirəm. Əgər mən başqalarından yaxşı olmasam da, heç olmasa onlar kimi deyiləm. Jan Jak Russo
Müstəqillik bir inqilab aktı idi; cümhuriyyətçilik günəş altında yeni bir şey idi; federal sistem nəhəng eksperimental laboratoriya idi. Fiziki cəhətdən amerikalılar qabaqcıl idilər; sosial və iqtisadi institutlar sahəsində də onların ənənələri qabaqcıllardan biri olmuşdur. Əvvəldən intellektual və mənəvi müxtəliflik Amerika üçün irq və dil kimi xarakterik olmuşdur. Ən fərqli Amerika fəlsəfələri transsendentalizm - Ali Qanunun fəlsəfəsi və təcrübə və plüralizm fəlsəfəsi olan praqmatizm olmuşdur. Bu iki prinsip amerikançılığın özəyini təşkil edir: Ali Qanun prinsipi və ya hökmdarların diktəsinə tabe olmaq, qanunlardan daha çox vicdan və praqmatizm prinsipi və ya tək yaxşılığın və bitmiş kainat anlayışının rədd edilməsi. Amerikalılar əvvəldən bilirdilər ki, fəth edilməli yeni dünyalar, kəşf edilməli yeni həqiqətlər var. Amerikaçılığı tək bir nümunə ilə məhdudlaşdırmaq, onu vahid bir düsturla məhdudlaşdırmaq üçün hər cür səy amerikanizmdə keçərli olan hər şeyə sədaqətsizlikdir. Henri Stil Kommager
Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə. Marsel Prust
Viktoriya dövrünün insanlarının təsirlərindən uzaq, onların vəhşilər kimi damğaladığı insanlar arasında 12 il keçirən Uolles o zaman quldarlığın qaldırılmasını müdafiə edən ən azadlıq tərəfdarı insanlar da daxil fərqli olaraq irqçi deyildi. [3]Alfred Rassel Uolles
Yaxşı insanlar haqqında danışmaq və yazmaq çox asandır, maraqlıdır. Çünki mehriban insanlar çox fərqli və maraqlıdırlar. Pisləri isə hamısı eynidir və maraqsızdır. Dmitri Lixaçov
Zövq al və işçilərinə qayğı göstər: işinizdən zövq almırsınızsa, onu davam etmək mənasızdır. Gördüyünüz iş əyləncəli və maraqlı olmalıdır, özünüz və sizinlə çalışan insanlar üçün xoş bir mühit yaratmalısınız. İnsanlar çiçəklərdən fərqli deyil. Bir çiçək suvarılırsa, çiçəklənir və bir çiçək suvarılmasa quruyur və ölür. Düşünürəm ki, eyni şey insanlar üçün də tətbiq olunur. Riçard Brenson