A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütün qızlar istəyir ki, bir oğlan gəlsin və digərləri kimi olmadığına bizi inandırsın. Merilin Monro
  • Çağır, Qaraca oğlan, çağır; Daş düşdüyü yerdə ağır. (Qaraca oğlan - XVII əsr məşhur türk saz şairi). Türk atalar sözləri
  • Foto çəkərkən çox da düşünmürəm. Fotolentlərimə baxsanız, özünüzdən soruşa bilərsiniz ki, “Bu oğlan neyləyir?” Lakin mən fotolent və çap olunmuş fotolarla işləyirəm, həmişə onlara baxıram. İnanıram ki, işin nəticəsi içimdə dayanıb və fotonu çəkdiyim həmin an o üzə çıxır, bu haqda düşünməsəm belə, o üzə çıxır. Cozef Kudelka
  • Heç bir oğlan birlikdə olmaq istəməyəcəyi bir qızla yaxın dost olmaq istəməz. [1]Ziqmund Freyd
  • Hər bir oğlan uşağının həyatında basdırılmış xəzinə tapmaq kimi şiddətli bir arzu olur. Mark Tven
  • Qadın münasibətin başında həmişə sonu düşünər, sona yaxınlaşanda başlanğıcı özlər. Oğlan isə sonu istər və bitməsini gözləyər. Pol Oster
  • Qadın öz xarakterini göstərəndə “ləçər” deyirlər, kişi göstərəndə “yaxşı oğlan”. Marqaret Tetçer
  • Qadınlar ilk oğlanları dəyişdirmək üçün səy göstərərlər. Oğlan dəyişdikdən sonra da, səni artıq tanıya bilmirəm, çox dəyişdin deyərlər. Pol Oster
  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin. Azərbaycan atalar sözləri/Q
  • Qız evində toydur, oğlan evinin xəbəri yox. Azərbaycan atalar sözləri/Q
  • Mən dünyada kimi təmsil etdiyimi bilmirəm. Özümü həmişə dəniz sahilində gah hamar daşlar, gah qeyri-adi gözəl balıqqulağı taparkən əylənən oğlan uşağı kimi hiss edirəm, qarşımda isə həqiqətin sirli okeanı uzanıb gedir. İsaak Nyuton
  • Müharibə oğlan doğmur, doğulanı isə öldürür. Avar atalar sözləri
  • Paj institutunu ( paj- orta əsrlərdə saraylarda xidmət edən zadəgən nəslindən oğlan) mən onunla izah edirəm ki, nüfuzlu knyazlar saraylarında öz vassallarının oğlanlarını girov kimi saxlayırdılar. Artur Şopenhauer
  • Sadə oğlan bütün xanımlara "gözəlsən" deməyi seçim edər, bu bir həqiqətdir. Heç bir qadın da buna inanmaz, bu da bir həqiqətdir. Pol Oster
  • Uruşibara Ruka. Qadın xasiyyəti və qadın səsi... Yox. Hər qadından daha incə. Amma o oğlandır. Mayuridən daha hündür, amma çox arıq... Amma o oğlandır. Miko geyimində əla görünür... Amma o oğlandır. Artıq qaranlıq düşür, hələ də hava istidir. Cırcıramalar oxuyurlar. Amma... O oğlandır. Steins;Gate

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015