Pələng
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir günlük pələng olmaq, min qoyun olmaqdan yaxşıdır. Tibet atalar sözləri
- Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
- Bir pələngi tutub qəfəsə qoya bilərsiniz amma onu qırdığınızdan əsla əmin ola bilməzsiniz. İnsanlar daha asandır. Çarlz Bukovski
Ç
redaktə- Çinlə bağlı bir məqalədən bəyəndiyim bir neçə mətləbi yazdım:
“Ağız bağlananda hər söz atalar sözüdür”.
"Bataqlıq qurbağasına okean haqqında danışmağa çalışmayın."
“Pələngi yəhərləyən adam düşə bilməz”. Ernst Yunger
D
redaktə- Dağda pələng oynayanda, ulağı at axurunun da yanında titrətmə tutar. Monqol atalar sözləri
- Dağlarda pələng yoxdur və meymun qardaş padşah olur. Hakka atalar sözləri
- Deyirlər ki, bəzən avtomobil sükanı müasir mədəni insana qan iyinin pələngə göstərdiyi təsir kimi təsir göstərir. Amma yapon adi pələng deyil. O, təlimçinin əzab verib qızışdırdığı, cırnatdığı, qəsdən gülməyə və baş əyməyə məcbur etdiyi pələngdir, halbuki, bu pələng öz sahibini parçalamağa da hər daim hazırdır. Sükan arxasında əyləşərkən yapon qəti qana susamır. O, yalnız zəhləsini tökən intizamı, məhdudiyyətləri kənara atır. Özünü sağaltmağa, dərd-sərindən uzaqlaşmağa, acı xatirələrini unutmağa, onu nə sıxırsa hamısından yaxa qurtarmağa çalışır. Maşın sürəndə yapon sərbəstdir, onun heç bir məsuliyyəti yoxdur.
- Corc Mayks, “Qiyməti qalxan yen ölkəsi”. London, 1970
- Dünyadakı bütün cisim və hadisələr ikiliyə xas olduğu kimi (bu, ziddiyyətlərin vəhdət qanunudur), imperializmə və bütün irticaçılara da ikilik xasdır - onlar həm real, həm də kağız pələnglərdir. Keçmişdə quldarlar sinfi, feodal mülkədarlar sinfi və burjuaziya hakimiyyəti ələ keçirməzdən əvvəl və onu ələ keçirdikdən sonra bir müddət canlı qüvvə ilə dolu idi, inqilabi və mütərəqqi idi, əsl pələng idi. Sonrakı dövrlərdə özlərinə zidd olan qulların, kəndlilərin və proletariatın getdikcə böyüyüb gücləndiyini nəzərə alaraq, onlara qarşı mübarizə getdikcə daha da kəskinləşdi, quldar sinfi, feodal mülkədarları sinfi və burjuaziya tədricən əks istiqamətdə dəyişərək irticaçılara, geridə qalmış insanlara, kağız pələnglərə çevrilir, axırda xalq tərəfindən devrilmiş və ya yıxılacaq. Belə ikilik mürtəce, geridə qalmış, çürüyən siniflərə xasdır, hətta xalq onlarla ölüm-dirim mübarizəsinə girəndə belə. Bir tərəfdən, onlar milyonlarla, on milyonlarla insanları yeyən əsl pələnglərdir. Xalqın mübarizəsinin səbəbi böyük çətinliklər dövründən keçir, onun yolunda çoxlu kəskin dönüşlər və ziqzaqlar var. Çin xalqına 1949-cu ildə qalib gələnə qədər Çində imperializmin, feodalizmin və bürokratik kapitalizmin hökmranlığını devirmək üçün yüz ildən çox və on milyonlarla insan lazım oldu. Bax, biz burada canlı, dəmir, əsl pələnglərlə məşğul olmadıqmı? Lakin onlar sonda kağıza çevrildilər, öldülər. Bunlar tarixi faktlardır. Belə faktları görməmisiniz, eşitməmisiniz? Bəli, həqiqətən minlərlə və on minlərlə var! Odur ki, əgər məsələyə mahiyyət etibarilə, uzun müddət, strategiya nöqteyi-nəzərindən yanaşsaq, onda imperializmi və bütün irticaçıları əslində olduğu kimi - kağız pələng kimi qəbul etmək lazımdır.
- Mao Tszedun. ÇKP MK Siyasi Bürosunun Vuçan iclasındakı çıxışı (1 dekabr 1958)
- Düzənlikdə bir pələng sıx və hündür otlar arasındakı ilandan daha yaxşıdır. Jül Vern
Ə
redaktə- Əsl kişi pələngi məğlub edən deyil, qəzəbini məğlub edəndir. Uyğur atalar sözləri
F
redaktə- Fil kimi yedirt, pələng kimi bax. Benqal atalar sözləri
- Fransızlar pələng atmağa gedən adamlar deyil. Corc Kurzon
K
redaktə- Kişi üçün sədaqət- pələng üçün qəfəs kimidir. Bu, onun təbiətinə ziddir. Corc Bernard Şou
- Körpə pələng də pələngdir. Haiti atalar sozləri
Q
redaktə- Qorxudan çaqqal da pələngin üstünə atılar. Əfqan atalar sözləri
L
redaktə- Lazım idi- pələng etdilər, ehtiyac olmadı - siçana çevirdilər. Yapon atalar sözləri
P
redaktə- Pələng balası tutmaq üçün pələng yatağına girmək gərəkdir. Tatar atalar sözləri
- Pələng balasını tutmaq üçün pələng yuvasına girmək lazımdır. Özbək atalar sözləri
- Pələng də oddan qorxur. Monqol atalar sözləri
- Pələng dişi ilə parçalayar, ona buynuz nə lazım? Koreya atalar sözləri
- Pələng düzə enirsə, dərhal itlər tərəfindən hücuma məruz qalır. Çin atalar sözləri
- Pələng qəfəsdə də pələngdir. Əfqan atalar sözləri
- Pələng qəzəblidir, amma o da balasını yemir. Vyetnam atalar sözləri
- Pələng meşəni qoruyar, meşə də pələngi. Benqal atalar sözləri
- Pələng olmayan dərədə dovşan da şahdır. Koreya atalar sözləri
- Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır. İndoneziya atalar sözləri
- Pələng ölür dərisi qalır, insan ölür - şöhrəti. Vyetnam atalar sözləri
- Pələngdən qorxduqları yerə dua eləməyə gedərlər. Benqal atalar sözləri
- Pələngi nəvazişlə öyrədərlər, ağacla yox. Əfqan atalar sözləri
- Pələngin balasını pələngdən, qadının səhvini isə qadından almaq çox təhlükəlidir. Artur Konan Doyl
- Pələngin quyruğundan yapışma, yapışdın - buraxma. Monqol atalar sözləri
- Pələngin quyruğunu dartmaqdan qorxmayın. Den Syaopin
- Pələnglə kəl süpürləşər, qamışlar qırılar. Benqal atalar sözləri
- Pələnglə maral bir yerdə gəzə bilməz. Vyetnam atalar sözləri
S
redaktə- Səni lap pələng də qovsa, padşah sarayının yanından keçmə. Teluqu atalar sözləri
- Siçan görəndə pələngə oxşayan pişik, pələng görəndə siçana dönər. Azərbaycan atalar sözləri/S
Y
redaktə- Yatmış pələngin yanında bığ eşmə, ayılar - qalarsan başsız. Vyetnam atalar sözləri