A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Arxasında qara bir kətan tutacaq bir adam tapılmayınca, heş bir ulduz parlamaz. Uinston Çörçill

B redaktə

  • Bir millət təhsil ordusuna sahib olmadıqca, döyüş meydanlarında nə qədər parlaq zəfərlər əldə etsə etsin, o zəfərlərin qalıcı nəticələndirər verməsi ancaq təhsil ordusuyla mümkündür. Mustafa Kamal Atatürk
  • Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır. Hüseyn Cavid

E redaktə

  • Edilən iş nə qədər parlaq olursa olsun, yüksək bir məqsədin nəticəsi deyilsə, böyük sayılmamalıdır. Fransua de Laroşfuko
  • Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır. Mişel de Monten
  • Elmdə geniş bir şahrah yol yoxdur və o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmaqdan qorxmayıb, onun daş-kəsəkli yolları ilə dırmansın. Karl Marks

Ə redaktə

D redaktə

  • Düşüncələr də çiçəklər kimidir. Ayrı-ayrı qırıldıqda daha təravətli və parlaq olur. Pyer Büast

G redaktə

  • Gələcəkdən qaçan insanlara etiraz edirəm. Bütün ömrüm boyu orada yaşayacağam və onun gözəl bir yer, cilalanmış, parlaq, parıltılı və izzətli olmasını istərdim. Çarlz Katterinq
  • Gənclik asan xoşbəxtliklər üçün parlaq bir çağdır. Alber Kamyu

H redaktə

  • Hər bir insan bir şey etmək istəyəndə üç növ düşmənlə qarşılaşır: bunu onun əvəzinə etmək istəyənlər; birbaşa bunu əksini istəyənlər və heç bir şey etmək istəməyənlər. Çoxluğu təşkil edən üçüncülər elə ən parlaq etirazçılar sayılır. Bernar Verber
  • Həyatınızda yalnız bir dəfə, həqiqətən inanıram ki, dünyanızı tamamilə dəyişdirə biləcək birini tapacaqsınız. Siz ona heç vaxt başqa bir ruhla paylaşmadığınız şeyləri ona danışırsınız və o, dediyiniz hər şeyi dinləyir və əslində daha çox eşitmək istəyir. Siz gələcəyə olan ümidləri, heç vaxt gerçəkləşməyəcək arzuları, heç vaxt əldə olunmayan məqsədləri və həyatın sizə atdığı çoxlu məyusluqları onula paylaşırsınız. Möhtəşəm bir şey baş verəndə, həyəcanınıza şərik olacağını bilə-bilə bu barədə ona danışmaq üçün səbirsizlənirsiniz. İncidildiyiniz zaman sizinlə ağlamaqdan və ya özünüzü axmaq etdiyiniz zaman sizinlə gülməkdən utanmır. Heç vaxt hisslərinizi incitməz və ya kifayət qədər yaxşı olmadığınızı hiss etdirmir, əksinə o sizi inkişaf etdirir və sizi xüsusi və hətta gözəl edən şeyləri sizə göstərir. Heç vaxt heç bir təzyiq, qısqanclıq və ya rəqabət yoxdur, ancaq o yanında olduqda bir rahatlıq duyursan. Siz özünüz ola bilərsiniz və sizin haqqınızda nə düşünəcəyi barədə narahat olmayın, çünki o sizi olduğunuz kimi sevir. Bir not, mahnı və ya gəzinti kimi insanların əksəriyyəti üçün əhəmiyyətsiz görünən şeylər, əbədi olaraq əzizləmək üçün ürəyinizdə qorunan əvəzolunmaz xəzinələrə çevrilir. Uşaqlığınızın xatirələri geri qayıdır və o qədər aydın və canlıdır ki, yenidən gənc olmaq kimidir. Rənglər daha parlaq görünür. Əvvəllər nə olduğunu bilmədiyiniz gülüş gündəlik həyatın bir hissəsi kimi görünür. Gün ərzində bir və ya iki telefon zəngi uzun bir iş günündən keçməyinizə kömək edir və həmişə üzünüzdə təbəssüm yaradır. Onun hüzurunda davamlı söhbətə ehtiyac yoxdur, ancaq siz onun yanında olmaqdan kifayət qədər razı olduğunuzu görürsünüz. Əvvəllər sizi heç maraqlandırmayan şeylər valehedici olur, çünki bilirsiniz ki, sizin üçün çox xüsusi olan bu insan üçün vacibdir. Hər fürsətdə və etdiyiniz hər şeydə bu insanı düşünürsünüz. Sadə şeylər onu solğun mavi səma, mülayim külək və ya hətta üfüqdə fırtınalı bulud kimi xatırladır. Bir gün qırılma şansının olduğunu bilə-bilə ürəyini açırsan və ürəyini açarkən heç vaxt arzulamadığın bir sevgi və sevinc yaşayırsan. Həssas olmağın ürəyinizə əsl həzzi hiss etməsinə imkan verməyin yeganə yolu olduğunu görürsünüz. Əsl dostunuz və bəlkə də sona qədər sadiq qalacaq bir can yoldaşınız olduğunu bilməklə güc tapırsınız. Həyat tamamilə fərqli, həyəcanlı və dəyərli görünür. Yeganə ümidiniz və təhlükəsizliyiniz onun həyatınızın bir parçası olduğunu bilməkdir. Bob Marli

İ redaktə

  • İncəsənət naminə incəsənəti sevən insan ən böyük həzzi çox vaxt daha az əhəmiyyətli və parlaq təzahürlərindən alır. Artur Konan Doyl
  • İşıq sönməzdən əvvəl daha parlaq yanar. Yapon atalar sözləri

Q redaktə

  • Qamış, saman, yaxud dovşan tükü tez alışıb tez də sönən kimi, sevgi də gənc ailənin mənəvi dəyərlərini, xoş xasiyyətlərini qidalandırmaycaqsa, sevgi çiçəklənən gəncliklə və bədən cazibədarlı ilə daha parlaq alovlanacaq, amma tezliklə sönəcəkdir. Platon
  • Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözləri
  • Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir. Uilyam Şekspir

M redaktə

  • Məlumat işıq kimidir. Onu istifadə etsəniz daha parlaq olar, istifadə etməsəniz sönər. Aleksandr Hill Everet

N redaktə

  • Neçə dəfə yaşadığımız anın dəyərini bilmədiyimiz üçün gələcəkdən imtina etmişik, neçə dəfə qiymətini bilmədiyimiz, indi olduğumuzdan daha parlaq bir gələcəyi əlimizdən qaçırmışıq. Virciniya Vulf

Ö redaktə

  • Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşagələn deyildir. Xosrov Ruzbeh

P redaktə

  • - Parlaq düşüncələrinizi yazmaq üçün bir dəftəriniz varmı?

- Çünki, parlaq düşüncələr elə nadir hallarda ağla gəlir ki, onları yadda saxlamaq çətin olmur. Albert Eynşteyn

S redaktə

  • Siz nə vaxtsa eqoizmimizin bizə məxsus olan hər şeyi parlaq rənglərə boyadığının şahidi olmusunuzmü? Aleksandr Düma (ata)

Ş redaktə

  • Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. Onore de Balzak

Z redaktə

  • Zavalsız söz parlaq günəşdir, məğribi qulaqdır, məşriqi ağız. Saib Təbrizi