A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Allahın nuruyla işıqlanmayan könül evləri də vardır. O könül evləri məzar kimidir. Dar və qaranlıqdır. O könül evləri Allahı anlama və xatırlama zövqündən məhrumdur. Belə bir könüldən məzar daha xeyirlidir." Mövlana Cəlaləddin Rumi
  • Ancaq mən bilirəm ki, yalnız kifayət qədər qaranlıq olanda ulduzları görə bilərsiniz. Martin Lüter Kinq

B Redaktə

  • Başımın üzərində qara buludların toplandığını hiss edə bilərəm. Məni, çarın və bütün Rusiyanın qarşısına çıxacaq faciəli bir gələcək görürəm. Dəhşətli əzablar içində öləcəyəm. Ölümdən sonra bədənim sakit olmayacaq. Sonra, xanım, tacınızı itirəcəksiniz. Siz və uşaqlarınız, bütün ailəniz də öldürüləcək. Rusiya qaranlığa qərq olacaq və şeytanın əlinə düşəcək. Qriqori Rasputin
  • Batan günəş kimi qaranlıq deyil, doğan günəş kimi işıqlı ol! Çin atalar sözləri
  • Belə düşünürəm ki, həqiqəti yalnız Allah bilir və ola bilsin ki, insan ruhu da həmin o həqiqətə öz bədənini, yəni bu qaranlıq zindanı tərk etdikdən sonra sahib olur. Avreli Avqustin
  • Bilikli insan qaranlıq zindanda da xoşbəxtdir.

C Redaktə

  • Cəsur insanın ağılı sarsılmaz olmağa öyrədilmişdir, amma o, korrupsiyaya bulaşanda sakitliyini itirir və qaranlıqda yox olub gedir. Çanakya

D Redaktə

  • Dünyanı bürümüş qaranlıq zülmətə qarşı xəncər itiləmək kimə lazımdır? Uilyam Qoldinq

E Redaktə

Ə Redaktə

  • Əgər elektrik kəşf olunmasaydı, biz televizora qaranlıqda baxmalı olardıq. Müəmmər əl-Qəzzafi
  • Əgər tünd bir qaranlığın içindəsinizsə, edə biləcəyiniz tək şey gözləriniz qaranlığa öyrəşənə qədər dayanıb gözləməkdir. Haruki Murakami
  • Əksər insanlar qaranlığa üstünlük verir. Onlar üçün zülmət aydınlıqdan daha xoşdur. Mirzə Şəfi Vazeh

G Redaktə

  • Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzər. Lev Tolstoy
  • Gündüzlər çırağını hazırlamayanlar gecəni qaranlıqda qalmağa məhkumdur. Cənab Şəhabəddin
  • Günəşin başı o tərəfdəki işıqlı həyata qarışmasaydı, bu tərəfi qaranlıq bürüyə bilməzdi. Əbu Turxan

H Redaktə

  • Həqiqi xoşbəxtlik, qaranlıq gecədə pəncərənə Günəş şəkli çəkə bilməkdir. Aleksandr Düma
  • Hər kimin yol göstərən ağıl çırağı olsa, o, qaranlıq gecədə də yolunu azmaz.Əhvədi
  • == H ==
  • Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.[1] [[Hüseyn Cavid]]

İ Redaktə

  • İç dünyasının naməlum qatları ancaq ilhamlı məqamlarda işıqlanır və sonra yenə qaranlığa bürünür. Əbu Turxan
  • İnamsızlıq, dünya üzərində heç vaxt olmamış, görünməmiş bir inamsızlıq, hər şeyə və hər kəsə qarşı şübhə! Həqiqətə çatmağın yeganə yolu budur. Gərək sağ göz sol gözə etibar eləməsin və bir müddət işıq — qatı qaranlığa qərq olsun. Bu sizin getməli olduğunuz yeganə yoldur… Siz həmin yolun üstündə xırdaca, bərkimiş buğda dənləri görəcəksiniz. – bunlar həqiqətlərdir: on illər boyu acından ölməmək üçün ovuc-ovuc yalanla qidalanmalı olacaqsınız və bunların heç birinin yalan olduğunu bilməyəcəksiniz... Fridrix Nitsşe
  • İnsanın 2 variantı vardır, ya bütün gün qaranlığa söyərsiniz ya da günəşə gedərsiniz. Əhməd Şərif İzgörən
  • İnsan niyyətindən qaranlıq şey yoxdur. Demosfen

K Redaktə

  • Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır.[2]
  • Korluq, görünən dünyamı qaranlıq pərdəsi ilə örtür, əlbəttə ki, beynin işini çətinləşdirir, onu vəsıxışdırır, amma, irsi qavrayışlardan, başqa yollarla alınan təəssüratlardan beyin qaranlıqda öz dünyasını yaradır, kədərli, tutqun, lakin bənzərsiz, qeyri-müəyyən poeziyadan da məhrum deyildir. Vladimir Koralenko

Q Redaktə

M Redaktə

  • Məgər yeraltı qaranlığa düşən işığın şüası, yaxud dağılmış divarın daşlarının arasından çıxaraq insana ümid və təsəlli verən çiçək həyatın əlamətləri deyilmi? Rəşad Nuri Güntəkin

N Redaktə

  • Nə istədiyini və nə edəcəyini bilən səkkiz-on işıqlı insan qaranlıq fikirli, qaranlıq məqsədli cahil sürülərini istədiyi kimi idarə edə bilər. Reşat Nuri Güntekin

Ö Redaktə

  • Ölüm sinif divarından asılmış “İsgəndər müharibəsi” kimi qarşımızda dayanır. Lazımdır ki, biz öz hərəkətlərimizlə onu qaranlığa basdıraq və hətta götürüb tullayaq. Frans Kafka

R Redaktə

  • Ruhu bir nurdur aşiqin, təbiəti bir qaranlıq! İbn Ərəbi

S Redaktə

  • Soyuq yoxdur! Bu sözü istilik olmayanda keçirdiyimiz hissi təsvir etmək üçün yaratdıq. Qaranlıq da yoxdur. Qaranlıq əslində işığın olmamasıdır. Qaranlıq, insanın işıq olmayanda nə baş verdiyini təsvir etmək üçün istifadə etdiyi bir anlayışdır. Pislik yoxdur! Pislik, sadəcə Allahın olmamasıdır. Pislik, insan qəlbində ilahi sevginin olmamasının nəticəsidir. Bu bir növ istilik olmayanda düşən soyuğa, işıq olmayanda isə düşən qaranlığa bənzəyir. Albert Eynşteyn

T Redaktə

  • Təbiət və Təbiətin qanunu, qaranlıqda gizli idi. Aleksandr Pop
  • Türkiyə həm türk dünyasının həm də islam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm islam aləminin həm də türk dünyasının qaranlığa basdırılması deməkdir! Cövhər Dudayev

U Redaktə

Ü Redaktə

  • Üşümək varsa bu istinin yoxluğudur, qaranlıq varsa işığın yoxluğudur. Əgər hər yer qaranlıq və sən üşüyürsənsə bu onun yoxluğudur. Əziz Nesin

Y Redaktə

İstinadlar Redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.170
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.