Quzu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağ qoyunun qara quzusu da olar. Azərbaycan atalar sözləri/A
- Amerika əsgərləri quzuya çevrilməlidir və onları yeməyə icazə verilir. Müəmmər əl-Qəzzafi
- Analı quzu, xınalı quzu. Azərbaycan atalar sözləri/A
- Anasından ayrı düşən quzunu qurd yeyər. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
- Burnu fırtıqlı quzu buynuzu burma qoç olar. Azərbaycan atalar sözləri/B
Ç
redaktə- Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu. Azərbaycan atalar sözləri/Ç
Ə
redaktə- Ətrafda erkək quzu qurban üçün, Baba oğul qazanar ad üçün, Oğul da qılınc qurşanar baba qeyrəti üçün. Dədə Qorqud
H
redaktə- Hamı əti xoşlayır, ancaq allah birinə quzu göndərir, birinə də qoca keçi. Əfqan atalar sözləri
İ
redaktə- İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. Volter
K
redaktə- Kasıbın uşağı çox olar, varlının quzusu. Udmurt atalar sözləri
Q
redaktə- Qılıqlı quzu yeddi ana əmər, qılıqsız birindən də qalar. Azərbaycan atalar sözləri/Q
- Qonşunun quzusu qonşuya qoç gorünər. Azərbaycan atalar sözləri/Q
- Qoyunun quzusu bir-bir olur, axırda sürü düzəlir; it neçəsini küçükləyir, hamısı da dağılışıb gedir. Monqol atalar sözləri
- Qurd göz yaşı axıdır ki, quzu yağış altda yuyulsun. Tamil atalar sözləri
- Qurd quzu üçün nəsə, varlı da kasıb üçün odur. Monqol atalar sözləri
- Qurdun quzuya rəhmi gəldi, yedi. Osetin atalar sözləri
- Quzuya yazığı gələn kabab yeməz. Kürd atalar sözləri
- Quzusuna qıymayan kabab yeyə bilməz. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Mən qastrol həyatım boyu müxtəlif milli yeməklərin dadına baxmışam, amma bu mətbəx məndə ən güclü təəssürat yaradıb. Heç kim quzunu, azərbaycanlılar kimi dadlı hazırlaya bilmir. Andrey Çernışov[1]
- Mənə kimsə qorxaq deyə bilməz... Anasının quzusu deyə bilərsiniz bəzən, amma qorxaq əsla! Coni Bravo
N
redaktə- Nə qoyun olub otdan doydum, nə quzu olub süddən. Azərbaycan atalar sözləri/N
Ö
redaktə- Övladlarımızı quzu kimi böyütməyək ki, gələcəkdə onları qoyun kimi otarmasınlar. Sədi Şirazi
- Özgə quzudan bizə qoç olmaz. Kürd atalar sözləri
P
redaktə- Pişiyə qurudulmuş tunesi həvalə etmək. (Qurda quzunu tapşırmaq.) Yapon atalar sözləri
Ü
redaktə- Üç növ qadın: donuz kimi həyasız, toyuq kimi yaramaz və quzu kimi yumşaq. İrland atalar sözləri
Y
redaktə- Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız.[2]İsa
İstinadlar
redaktə- ↑ "Актер Андрей Чернышов предпочитает азербайджанскую кухню". aze.az. aze.az. İstifadə tarixi: 2 iyun 2018.
- ↑ Matta 7:15-20