Rəqs
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü.

Qədim Yunanıstanda rəqs təsviri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- — Amma biz qocalırıq, —Dezi dedi. — Cavan olsaydıq, dərhal rəqs etməyə gedərdik. Böyük Getsbi
BRedaktə
- Burada 872 dənə mahnı var. Hamısını dinlədim, amma heç biriylə rəqs etmədim. V for Vendetta
- Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik. Oşo
ERedaktə
- Eşq hətta eşşəyi rəqs etdirər. Fransız atalar sözləri
HRedaktə
- Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər. Rabindranat Taqor
İRedaktə
- İşə «rəqs edərək» getmirsinizsə o işi tərk edin. Böyük ehtimalla pul qazanmayacaq, sərvət yaratmayacaqsınız. Uorren Baffett
MRedaktə
- Musiqi dəyişəndə rəqs də dəyişər. Yapon atalar sözləri
RRedaktə
- Rəqs edə bilmədiyim inqilab, inqilab deyil. Emma Qoldman
- Rəqs edilmədən edilən inqilab edilməyə dəyməz. V for Vendetta
SRedaktə
- Sadəcə böyük kədər və ya böyük sevinc sənin həqiqətini ortaya çıxara bilər. Bunun üçün ya Günəşin altında çılpaq rəqs edəcəksən, ya da öz çarmıxını daşıyacaqsan. Cübran Xəlil Cübran
- Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil. Oşo (Çandra Mohan Racniş)
VRedaktə
- Vay, vay, vay, nə pissiniz... Gəlin meymun rəqsi edək. Coni Bravo