Səmimiyyət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azacıq səmimiyyət təhlükəlidir, daha çoxu isə ölümcüldür. Oskar Uayld
D
redaktə- Dürüstlük və səmimiyyət həm kişilərin, həm də qadınların ən yaxşı bəzəyidir. O.Henri
G
redaktə- Göstərə biləcək gücündə olduğun keyfiyyətləri göstər: səmimiyyət, ciddilik, zəhmətdə dözümlülük, həzzə biganəlik, aza qane olmaq bacarığı, xeyirxahlıq, açıqlıq, səthi şeylərə nifrət, saxta səxavətlikdən azad olma. Mark Avreli
- Gülüş hər şeydən əvvəl səmimiyyəti sevir. Fyodor Dostoyevski
H
redaktə- Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
İ
redaktə- “İffət”ə daxil olan növlərin sayı on ikidir: birinci, həya, ikinci, həlimlik, üçüncü, səmimiyyət, dördüncü, dinclik, beşinci, pəhriz, altıncı, səbir, yeddinci, qənaət, səkkizinci, vüqar, doqquzuncu, ehtiyat, onuncu, nizam, on birinci, hürriyət, on ikinci, səxavət. Nəsirəddin Tusi
O
redaktə- O evdə ki, səmimiyyət yoxdur, orada həyat yoxdur. İlyas Əfəndiyev
R
redaktə- Rütbələr başlayanda səmimiyyət dayanır. Denis Fonvizin
S
redaktə- Sevinc səmimiyyət olan evlərdə yaşayır. Uilyam Şekspir
- Səmimiyyət ən yaxşı siyasətdir. Yapon atalar sözləri
- Səmimiyyət fələyə də çatar. Yapon atalar sözləri
- Səmimiyyət- insanın qiymətli keyfiyyətidir. Yapon atalar sözləri
Ş
redaktə- Şeirlər dünyanın ağlı və ürəyidir və səmimiyyət və təbiilik onları əlaqələndirir. Mikayıl Müşfiq
V
redaktə- Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır. Konfutsi