A deyən B demək məcburiyyətində deyil. A-nın səhv olduğunu da ifadə edə bilər. Bertolt Brext
Adətən belə düşünürlər ki, oğru, qatil, casus, fahişə öz peşəsini pis qəbul edərək, bundan utanmalıdır. Əksinə, tam əksi baş verir. Qədər və günahlarını və ya səhvlərini müəyyən bir vəziyyətə salan insanlar, nə qədər səhv olsa da, bu vəziyyətin onlara yaxşı və hörmətli görünə biləcəyi işığında ümumiyyətlə həyata baxış yaradır. Lev Tolstoy
Adilik əxlaq deyil. Özünə sadiqlik din deyil. Birinciyə hücum etmək sonuncuya hücum etmək deyil. Fariseyin üzündən maskanı qoparmaq, Tikanlı Tacına murdar əl qaldırmaq deyil. Bu şeylər və əməllər bir-birinə tamamilə ziddir: fəzilətdən pislik kimi fərqlidirlər. Kişilər çox vaxt onları çaşdırırlar: onları çaşdırmaq olmaz: görünüşü həqiqətlə səhv salmaq olmaz; Yalnız bir neçəsini sevindirməyə və böyütməyə meylli olan dar insan doktrinaları Məsihin dünyanı xilas edən etiqadını əvəz etməməlidir. Fərq var – təkrar edirəm – fərq; və aralarındakı ayırma xəttini geniş və aydın şəkildə qeyd etmək pis deyil, yaxşı bir hərəkətdir. Şarlotta Bronte
Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər. Bencamin Franklin
Ağıllı o adam deyildir ki, səhv etmir. Belə adamlar yoxdur və ola da bilməz. Ağıllı o adamdır ki, onun etdiyi səhvlər çox da mühüm olmur və bunları asanlıqla düzəldə bilir. Vladimir Lenin
Axmaq - işıqla alovu səhv salar və onu hər yandıranı günəş zənn edər. Cənab Şəhabəddin
Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur. Paulo Koelyo
Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır. Oşo
Başqasının səhvini bağışlamamqla, özün səhvə yol verirsən. Sun Dzı
Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
Bir çoxu səhv düşünür, bəziləri heç düşünmür, qalanları düşünənləri pisləyir. Volter
Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. Stiv Cobs
Bir səhvi iki dəfə təkrar etməyən ən mükəmməl insandır. Albert Eynşteyn
Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər. Volter
Bu dünyada məni bir neçə adam anladı, onlar da səhv anladı. Albert Eynşteyn
Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək. Aqata Kristi
Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdır. Yunus Əmrə
Həqiqətlər köhnədir və səhvlər həmişə yenidir: köhnə səhvlərin əvəzinə yeni səhvlər edilir. Yan Raynis
Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaşqabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
Hər insan öz həyatını yaşadı,və hər kəs yaşadığının qiymətini ödədi. Heyfslənəcək bir şey var ki, o da bir kəsin yalnız bir səhv üçün dəfələrlə hesab ödəməsidir. Eyni səhv üçün dönə-dönə əvəz ödəməli olursan. Oskar Uayld
Həyatda edə biləcəyiniz ən böyük səhv, davamlı olaraq səhv edəcəyinizdən qorxmaqdır. Elbert Habbard
Hökmdarların müdrikliyi onların əldə etdiyi görkəmli nailiyyətlər ilə deyil, baş verməsinə yol vermədikləri axmaq səhvlər ilə ölçülməlidir. Sun Dzı
İnsanlar sənətimin mənə çox asan bir şəkildə gəldiyini düşünərək böyük səhv edirlər. Heç kim bəstəkarlığa mənim qədər zamanını və düşüncələrini həsr etməmişdir. Keçmişdən indiyə qədər yaşamış heç bir böyük bəstəkar olmasın ki, onun əsərlərini dəfələrlə calışmış olmayım. Volfqanq Amadey Mosart
İncəsənət nümunələrini, şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün. Aqata Kristi
İstəsəniz səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün. Doris Lessinq
İşinizi bu günə qədər həmişə eyni şəkildə etmişsinizsə, böyük ehtimalla səhv etmisiniz. Çarlz Katterinq
Səhv etmənin tənqid olunacaq bir tərəfi yoxdur. Səhvlər həyatın bir hissəsidir və inkişaf üçün lazımlıdır. Bu belə söyləməyə bənzəyir, xoşbəxtlik doğru qərarlarla, doğru qərarlar təcrübə ilə və təcrübə səhv qərarla gəlir. Ancaq eyni səhvləri təkrar təkrar hər gün etməyin qəbul edilə bilən bir tərəfi yoxdur. Robin Şarma
Səhv yolda getmək, doğru yolda gözləməkdən yaxşıdır. Ərdal Beşikçioğlu
Səhv yoldan getməyin birdən çox yolu vardır. Amma doğru yoldan getməyin tək bir yolu vardır. Səhv etmək buna görə asan,doğrunu tapmaq isə buna görə çətindir. Aristotel
Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. Horatsi
Uğursuzluğun ən geniş yayılmış səbəblərindən biri ilk uğursuzluqda işdən imtina etməkdir. Hər birimiz, bircə dəfə də olsa, bu səhvi etmişik. (Rövşən Abdullaoğlu)