Bir adam, ən çox sevgilisini, ən yaxşı şəkildə ailəsini, ən uzun da anasını sevər. İrland atalar sözləri
Bir azdan antarktida da yay olacaq. Əgər temperatur 30 dərəcədən azdırsa bunu yay saymaq olar. Ancaq gündüzlər bu zaman uzun olacaq və altı ay boyunca bir gün 22 saat davam edəcək. Rual Amundsen
Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
Eşqin daxili hərəkətverici qüvvəsi tükəndikdən sonra da, məhəbbət qatarı hələ uzun müddət yoluna davam edir. Bu, – məhəbbətdə ətalət prinsipidir. Tur Xander
Kim aşiq olubsa, özünün çatışmayan parçalarını axtarır. Buna görə aşiq məşuqunu düşündükcə əzab çəkir. Eynilə uzun zaman görmədiyin birinin otağına girərkən xatırladığın xatirələr kimidir. Haruki Murakami
Mənim bir qorxum var, o da ömrümün çox uzun sürəcəyi və cırıq bir xalça kimi daha heç nəyə yaramayacağı qorxusudur. Tomas Cefferson
Mənim kimi insanlar tərəfindən geridə buraxılan fikirlər, abidələr həyatdakı ən böyük zövqüm. Kitablar olmasa uzun zaman əvvəl ümidsizliyə basdırılardım. Artur Şopenhauer
Mütaliədən ucuz əyləncə yoxdur, mütaliənin zövqü isə uzun müddət davam edir. Mişel de Monten
Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Karl Saqan
Türk dillərini öyrənin çünki onların yer üzərində uzun sürəcək hakimiyyəti olacaqdır. Mahmud Qaşğari
Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[1]Cəfər Sadiq
Yaxşı yuxu, yumşaq qarın və tərləmə - uzun ömrün şərtləridir. Əbül Fərəc
Yaramaz adamı bir anda tanımaq olar, namuslu adamı tanımaq üçün uzun illər lazımdır. Sofokl
Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
Yoldaşlıq eşqdən daha çətindir, çünki daha uzun davam edər. Harri Trumen