A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


BRedaktə

  • Bizi güclü edən yediklərimiz deyil, həzm etdirdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız deyil, mühafizə etdiklərimizdir. Bizi elmli edən oxuduqlarımız deyil, beynimizə yerləşdirdiklərimizdir. Frensis Bekon

DRedaktə

  • Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri

ƏRedaktə

  • Əkinçi varlı olanda hökumət də varlı olur. Tamil atalar sözləri
  • Əlini ağdan qaraya vurmayan adamı heç göylər də varlı edə bilməz. Sokrat
  • Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. Nikola Şamfor

HRedaktə

  • Hətta ən varlı adam da öz keçmişini satın ala bilməz. Oskar Uayld

XRedaktə

İRedaktə

  • İnsanlar güzgüyə baxıb özlərini eybəcər hesab edirlər: onlar əmindirlər ki, gözəllik hər şeydən əsasdır, və onunla təsəlli tapırlar ki, hər kəsin gözəl, varlı və məşhur olduğu jurnalları vərəqləyirlər. Paulo Koelyo

QRedaktə

  • Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar. Corc Herbert

MRedaktə

  • Mən öz karyeramı quranda varlı və zəngin insanların rəyini soruşmadım, indi isə mənim belə bir imkanım olanda, buna ayıracaq vaxtım yoxdur. Corc Soros

NRedaktə

  • Nədənsə insanlar varlı və şöhrətli adamla rastlaşdıqda nəzakətli olur, lakin sevinmirlər. Yoxsul və məzlum adamla rastlaşdıqda isə sevinir, lakin nəzakətli olmurlar. Fransua de Laroşfuko

SRedaktə

  • Sağlam dilənçi olmaq xəstə varlı olmaqdan yaxşıdır. Artur Şopenhauer
  • Səbrli adam varlı olar. Xausa atalar sözləri
  • Sizə necə varlı olmağı deyəcəm. Qapıları bağlayın. Digərləri hirslənəndə bitərəf olun, digərləri bitərəf ikən hirsli. Uorren Baffett

VRedaktə

YRedaktə