Yaşlı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Avtomobil - yaşlı kişinin sevimli oyuncağıdır. Marlen Ditrix
B
redaktə- Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır. Fransua de Laroşfuko
- Bu sualı kimin verdiyini bilmirsinizsə, cavab vermək çox çətindir. Bir gənc soruşsa, ona deyə bilərik: gözləyin, öyrənəcəksiniz! Yaşlı adam soruşsa, ona cavab verərik: xatırlamağa çalışın! Ancaq belə bir sualı orta yaşlı bir insan verirsə - biz yalnız ona rəğbət bəsləyə bilərik. Lunaçarski
C
redaktə- Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı. Pablo Pikasso
Ə
redaktə- Ədəbsizlik - bu, yaşlı insanı və cahil hakimi dəhşətə gətirən bir şeydir. Mark Tven
- Ətrafımızda bir çox şeydə sirr gizlənmişdir. Lakin bəzi şeylər var ki, məsələn, dəniz, sarı rəng, yaşlı insanların gözləri, musiqidə bu sirr daha çoxdur. Xorxe Luis Borxes
G
redaktə- Gənc arvad yaşlı ərin ölümüdür. İsveç atalar sözləri
- Gənc insan uğursuzlara, yaşlı insan xoşbəxtlərə poza verir. Anri de Monterlan
- Gənc qadınlarda gözəllik ruhu, yaşlı qadınlarda ruh gözəlliyi əvəz edir. Şarl Lui Monteskyö
H
redaktə- Hakim və bonza nə qədər yaşlı olsalar, bir o qədər yaxşı olar. (Bonza- Yaponiyada və Çində budda kahini). Yapon atalar sözləri
- Həkimlər şərab kimidir: nə qədər yaşlı olarsa, bir o qədər yaxşıdır. Marqaret Fuller
İ
redaktə- İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar? Əlif Şəfəq
- İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu. Bencamin Franklin
- 25 yaşlı subay qız və həmin yaşda olan evli qadın arasında uçurum qədər fərq var. Uilyam Somerset Moem
- İyirmi yaşlı bir insan dünyanı dəyişdirmək istəyər. Yetmiş yaşına çatanda, yenə dəyişmək istəyər, ancaq edə bilməyəcəyini başa düşər. Klerens Derrou
K
redaktə- Kilsədə düşünmürsən. Səksən yaşlı yepiskop on səkkiz yaşlı oğlan olanda ona deyilənləri danışmağa davam edir. Dorian Qreyin portreti
Q
redaktə- Qarımış qız it saxlamağa, yaşlı subay isə heykəlciklər kolleksiyası toplamağa başlayanda birinci ərə getməməsini kompensasiya edir, ikinci isə çoxsaylı sevgi qələbələrinin illüziyasını yaradır. Bütün kolleksionerlər bir növ Don Juandırlar.[1] Ziqmund Freyd
Y
redaktə- Yaşlı, ağ saçlı, illərlə təcrübəsi olan və həyatından bir çox maraqlı hekayələr danışa bilən bir xanımdan daha yaxşı nə ola bilər? Brijit Bardo
- Yaşlı bakirə, poçtla əlaqəsi olmayan bir məktub kimidir. Macar atalar sözləri
- Yaşlı bir ağac nəql edilmir. Alman atalar sözləri
- Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. “Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?” deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur. Oşo
- Yaşlı qadınlardan başqa hər şeyin bir vaxtı var. Alman atalar sözləri
- Yaşlı qız adaxlıdan qorxmaz. Başqırd atalar sözləri
- Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. Əbu Turxan
- Yaşlı olmaq ölməkdən yaxşıdır. Brijit Bardo
- Yaşlı pişik tülkü olur. Nepal atalar sözləri
- Yaşlı vaxtlardakı xoşbəxtlik və ya bədbəxtlik, gənclik dövründə edilənlərin mükafatıdır. [2] Robert Brovninq
- Yaşlı və ya gənc, hamısı pulu sevir. Jozef Konrad