A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ailəni dağıtmağa çalışan hər hansı ictimai quruluş yararsızdır. Ailə – hər bir cəmiyyətin büllurudur. Viktor Hüqo
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. Avraam Linkoln
  • Bilik nədir? Sinifli cəmiyyət yaranandan bəri dünyada yalnız iki növ biliyə, istehsal mübarizəsi biliyinə və sinfi mübarizəyə dair biliyə malik olmuşdur. Təbiətşünaslıq və ictimai elm bu iki növ biliyin kristallaşması, fəlsəfə isə təbiət haqqında biliklərin ümumiləşdirilməsi və yekunlaşdırılmasıdır. Mao Tszedun
  • Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
  • Boş yerə deyil ki, qadın sədaqətinə olduqca böyük əhəmiyyət verilir! İctimai xoşbəxtlik, ictimai bədbəxtlk onların davranışları ilə əlaqədardır. Ailədə cənnət və cəhənnəm mütləq olaraq qadın haqqında şaiyələrdən yaranır, şaiyə isə yalnız onların özlərindən asılıdır. Per Oqyusten Karon Bomarşe
  • Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyatı yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" Jan Jak Russo
  • Bütün insanlar şəxsi və ictimai həyatda qanunsuz əməllər etməyə meyillidirlər və heç bir qanun onları bu işdən çəkindirə bilmir. Dövlətlər hər cür cəza tədbirləri sınamış və hər zaman da bu tədbirləri gücləndirmişlər. Müəyyən müddətdən sonra demək olar ki, bütün cəzalar ölüm cəzası ilə əvəz edilmişdir. Buna baxmayaraq, cinayətlərin sayı azalmadı. Beləliklə, ya daha qorxunc cəzalar fikirləşmək, ya da heç bir cəza ilə cinayətkarı qorxutmağın mümkün olmadığını etiraf etmək lazımdır. Fukidid
  • Bütün mümkün fikirlərə baxmayaraq, sevgi qadının həyatında o qədər də böyük yer tutmur. Əri, övladları, evi, kefləri, dünyəvi və cinsi əlaqələr, ictimai nərdivanları dırmaşmaq onun üçün daha çox məna kəsb edir. Simona de Bavuar
  • Döyüşdə tüfəng necə lazımdırsa, ictimai həyatda, bütün həyatın yeni qayda ilə təşkil edilməsində bilik də eləcə lazımdır. Nadejda Krupskaya
  • Dürüstlüyün ən yaxşı siyasət olduğu köhnə məsəldir - bu həm ictimai, həm də şəxsi həyata aiddir - həm dövlətlərə, həm də fərdlərə aiddir. Corc Vaşinqton
  • Hər yerdə, xüsusən də Fransa və İngiltərədə müasir siyasət dünyasına tamamilə yad olan ictimai və dini cəmiyyətlər, öz həyatını bizə tamamilə naməlum olan yeni mənbələrdən götürən, səs-küysüz böyüyən və yayılan cəmiyyətlər formalaşır. İnsanlığın ən böyük hissəsini təşkil edən xalq, yoxsul təbəqə; Hüquqları nəzəri cəhətdən artıq tanınmış, lakin buna baxmayaraq hələ də doğulduğuna, yoxsulluq və cəhalətlə, eləcə də faktiki köləliklə bağlılığına görə xor baxılan sinif – həqiqi xalqı təşkil edən bu sinif hər yerdə təhdid edici addımlar atmaqdadır və sayca özündən qat-qat zəif olan düşməninin cərgələrini saymağa və artıq hamının ona verdiyi haqqın reallaşdırılmasını tələb etməyə başlayır. Bütün insanlar bir növ qabaqcadan xəbərlə doludur və həyati orqanları iflic olmayan hər kəs xilasedici sözü söyləyəcək yaxınlaşan gələcəyə sarsıdıcı bir ümidlə baxır. Hətta Rusiyada, sərhədsiz qarla örtülü səltənət o qədər az tanınır və bəlkə də böyük gələcəyi var, hətta Rusiyada da qara buludlar toplanaraq fırtınadan xəbər verir. Buna görə də aldanmış qardaşlarımıza səslənirik: Tövbə edin, tövbə edin, Rəbbin Padşahlığı yaxındır! Mixail Bakunin
  • İctimai bir hərəkətdən ictimai bir hərəkətə keçmək üçün yalnız sevinc və sakitlik axtarın. Mark Avreli
  • İctimai demokratiya xalqın xalq tərəfindən xalq üçün çətin vəziyyətə salınmasıdır. Oskar Uayld
  • İctimai hadisəyə çevrilmiş din artıq din deyil. Əbu Turxan
  • İctimai həyatda ən faydalı dəyər tolerantlıqdır. Deyl Karnegi
  • İctimai rəy ictimai qızdır. Napoleon Bonapart
  • İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir. Pyer Büast
  • İctimai səadət-ən yüksək qanundur. Klod Adrian Helvetsi
  • İdealda ictimai vicdan deməlidir: əgər bizim xilasımız əzab verilmiş uşaqdan asılıdırsa, o zaman qoy hamımız məhv olaq və bu xilası qəbul etməyək. Fyodor Dostoyevski
  • İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
  • Qanunların gücü icraçıların sərtliyindən daha çox onların müdrikliyindən asılıdır. İctimai iradə isə çəkisini daha çox onun diktə etdiyi ağıldan alır. Jan Jak Russo
  • Qanunvericiliyin ən böyük işi şəxsi maraqlardan ictimai rifah yaratmaqdır. Pyer Büast
  • Mən minlərlə və minlərlə insanı (Paris küçələrində) gördüm... onların hər biri digərlərindən tamamilə təcrid olunub. Və fikirləşirdim ki, onlar o vəziyyəti necə qəbul edə bilirlər, belə ədalətsiz ictimai quruluşun davam etməsi necə mümkün olur? (Kütlələrin bu qədər passiv olduğunu sonralar anladım), çünki onlar ictimai sistemin məhsulu olduğu kimi, eyni zamanda onun qurbanları idi; bu onlarda o qədər kök salmışdı ki, ona [sistemə] üsyan etməzdilər, çünki onunla eyniləşmişdilər. Jan Jores
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Sənət, ictimai bir səydir; cəmiyyətdən gəlir, cəmiyyətə dönür. Lakin gələnlə gedən eyni şey deyil. Attila İlhan
  • Ürəyinin səsini yox, ağlını rəhbər tutan qadın əsl ictimai infeksiyadır: o, ehtiraslı və sevən qadının üstünlüklərinə yox, çatışmamazlıqlarına malikdir. Belə qadın rəhmsiz, sevgisiz, fəzilətsiz, cinssiz olur. Onore de Balzak

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005

İstinadlar

redaktə