A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıqla izah edilə biləcək yerdə qəddar niyyət axtarmayın. Napoleon Bonapart
  • Aramızdakı müharibə necə izah olunsun? Onun ürəyi Fələstindi, mənsə oraya yerləşməyə çalışan qərbli. Camal Sürəya
  • Aydın düşünən adam fikrini də aydın izah eləyir. Nikola Bualo
  • Az sözlə çox şey izah edəcəksən; "səni sevirəm" deyəcəksən sadəcə. Ancaq hər dəfə deyil, yalnız hiss etdikdə. Turqut Uyar
  • Başa düşmədiyimizi izah edə bilmərik. [1] Suzanna Broan
  • Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
  • Bizcə hadisələri mümkün qədər sadə fərziyyələrlə izah etmək yaxşı prinsipdir. Ptolemey
  • Bizi izah edən həqiqəti sev, bizə mədhiyyə söyləyən həqiqəti isə rədd et.[2] Lui Burdalu
  • Bu təcrübəni izah etmək üçün çox çalışdım və nəhayət yalnız bir çıxış yolu tapdım. Qatı bir cismin iki nöqtəsini birləşdirən xəttin yerin istiqamətində olduğu zaman eyni uzunluqda qalmadığı hipotezindən ibarətdir. Hərəkət paralel hərəkət edir və sonra şaquli olaraq üzərinə qoyulur.
    • Yerin və efirin nisbi hərəkəti, nəzəri fizika haqqında məktublar, 1907 Hendrik Lorens
  • Bugünkü Qərb sivilizasiyasının mayası qədim Yunan elm və fəlsəfəsidir. Bu elm və fəlsəfənin əsası nədir? İnsan ağlı; soruşmaqla bilmək, anlamaq, izah etmək və şərh etməkdə sərbəst olmaq. Falih Rıfkı Atay
  • Bütün bir gecəni yuxusuz keçirməyinə səbəb olan şeyləri bir nəfəsdə izah edə bilməzsən. Əvvəl içinə atarsan, sonra da susarsan. Murathan Mungan
  • Bütün təbiəti izah etmək hər hansı bir adam üçün, hətta bütöv bir dövr üçün çox çətin məsələdir. Bunu tədricən, amma əminliklə etmək, qalanları isə sizdən sonra gələnlərə saxlamaq, əminlik olmadan hər şeyi fərziyyələr əsasında izah etməkdən daha yaxşıdır.. İsaak Nyuton
  • Çox izah etmə. Hər bir izahda dəyişiklik gizlidir. Beləliklə, bu və ya digər bir şeyi nəyə görə edə bilməyəcəyini izah etməyə çalışdıqda, əslində qarşında insanın səni başa düşəcəyi və bağışlayacağı ümidi ilə öz çatışmayan cəhətlərinə görə üzr istəyirsən. Karlos Kastanyeda
  • Çox vaxt, sözün həqiqi mənasında ağrıyla başa düşürəm ki, izah etmək istədiyimin iyirmidə birini belə izah edə bilmədim və hətta heç bir şey izah edə bilmədim. Məni rahatlaşdıran şey, Tanrının bir gün mənə o gücü və ilhamı göndərəcəyinə, mənim də özümü tamamilə izah edə biləcəyəimə, qısacası ürəyimdəki və xəyal dünyamdakı hər şeyi ortaya qoyacağaıma dair olan ümidimdir. Fyodor Dostoyevski
  • Elmi başqalarına izah etməmək mənə əxlaqsızlıq kimi görünür, çünki kiməsə aşiq olanda bunu aləmə car çəkmək istəyirsiniz. Karl Saqan
  • Əgər sehrbaz öz sehrlərinin birini izah edərsə, tamaşaçıların gözündə onun şöhrəti dərhal azalar. Artur Konan Doyl
  • Ən mənalı baxış, bir cüt yaş gözdə gizlidir. Çox şey izah edər; çünki dil bağlanar, ürək danışar. Milan Kundera
  • Heç vaxt şikayət etməyin və heç kimə heç nə izah etməyin. Benjamin Dizraeli
  • Həqiqət izah olunmasa, aydın olmayacaq. Tibet atalar sözləri
  • Hər bir cəmiyyət bir maşın tipi ilə əlaqələndirilə bilər: suveren cəmiyyətlər üçün sadə və ya dinamik maşınlar, intizam cəmiyyətləri üçün enerji maşınları və kibernetika, nəzarət cəmiyyətləri üçün kompüterlər. Lakin maşınlar heç bir şey izah etmir, əksinə maşınlar bir tərəfli olduğuna görə kollektiv birləşmələri təhlil etməliyik. Jil Delöz
  • Hər bir yazıçını onun özünün arzuladığı kimi izah etmək lazımdır. Bu cür münasibət bir tərəfdən ədalətlidir, digər tərəfdən öyrənmənin özü üçün faydalıdır. Artur Şopenhauer
  • Hər sözü bir şəkildə izah edən çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət. Corc Bernard Şou
  • İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib. Viktor Hüqo
  • İzah edilən hər bir zarafat gülməliliyini itirir. İncə zarafatı şərh edən adam sadəcə olaraq səfehdir. Volter
  • İzah etsəniz unudaram, göstərsəniz xatırlayaram, etdirsəniz anlayaram. Çin atalar sözləri
  • İzah olunmuş zarafat zarafatlığını saxlaya bilmir. Volter
  • Qoy hər kəs öz təcrübəsindən çıxardığı reallığı izah etsin. Florens Naytingel
  • Mənə edə bilmədiklərimi izah edə biləcək bir vəkilə ehtiyacım yoxdur; İstədiyimi necə edəcəyimi izah edəcək bir vəkilə ehtiyacım var. Con Pirpont Morqan
  • Musiqi təməldə bizdə müəyyən bir nisbətdə güc qazanan həyat duyğusunun özündə gizli olan ağrını izah edər; musiqinin verdiyi həyəcanın quruluşundada bu ağrıdan uzaqlaşıb onu uzaqdan izləmə düşüncəsi vardır. Fridrix Nitsşe
  • Mürəkkəb hərəkətləri sözlə kifayət qədər yaxşı izah etmək asan deyil, xüsusən də gözlər görmürsə, qulaq daha pis qəbul edir. Nikolay Kopernik
  • Mürəkkəbi sadə izah etmək çətin, çətin izah etmək isə sadədir. Albert Eynşteyn
  • Şəkillərim haqqında özüm danışmıram, heç vaxt izah etmirəm. Cozef Kudelka
  • Uşaqlığımda mənim üçün üç şey varıydı. Riyaziyyat, tarix və siyasət. Amma riyaziyyat onsuz da hamısını izah edən şey idi. Cahid Arf
  • Yaxşı heykəl yaratmaq üçün qədimi əsərlərinin surətini deyil; ilk əvvəl təbiətin əsərlərinə baxmaq, klassiklərdə isə onların təbiəti izah etdiyi metodu görmək lazımdır.
    • Aysedora Dunkan Ogüst Roden tərəfindən sitatın söylənildiyini bildirmişdir. Sitat Con Ernest Krouford Flitçin "Müasir rəqslər və rəqqaslar" (1912) kitabında qeyd olunmuşdur. Oqust Rodin
  • Yanındaykən belə darıxıramsa sənin üçün, necə izah edilə bilər sənsizlik? Sunay Akın
  • Yerin yaranmasını təsadüflə izah etmək, sanki lüğətin mənşəyinin mətbəədə baş verən partlayışla izah etmək kimidir. Çarlz Darvin
  • Zaman nədir? Əgər heç kim məndən bu barədə soruşmasa mən bilirəm zaman nədir; əgər mən soruşana izah etməyə çalışsam mən bilmirəm. Avreli Avqustin

İstinadlar

redaktə
  1. Buludxan Xəlilov. Dil-söz çələngi. Bakı, “Elm-təhsil” nəşriyyatı, 2012,
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.172