Alimlərin ruhu elm məbədində əbədi həyata qovuşur. Əbu Turxan
Allah-taala kafirlər, münkirlər (Allahın varlığını inkar edənlər), yolunu azanlar və müşriklərdən başqa heç kəsi əbədi odda saxlamayacaq. Böyük günahlardan çəkinən möminlər, kiçik günahlarına görə sorğu-sual olunmayacaqlar.[1]İmam Kazım
Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
Anlaya bilmirəm, xeyirxah olan bir Tanrı, yaratdıqlarını əbədi cəhənnəmə necə məhkum edə bilər? Bertran Rassel
Bəzi adamlar pul xərcləməkdə elə xəsislik göstərirlər ki, sanki əbədi yaşamaq niyyətindədirlər. Aristotel
Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır. Henri Toro
Bu müzəffər xalqın (türklərin) yalnız tarixçiləri çatışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yaysınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Şarl Lui Monteskyö
Dəyərli kitablar əbədi yaşamaq üçün doğulur. Samuel Smayls
Dünya nizamı özünün ölçüyəgəlməz möhtəşəmliyi, hər yerdən parlayan sonsuz rəngarəngliyi və gözəlliyi ilə bizi səssiz təəccübə gətirir. Əbədi və ciddi nizama müvafiq olaraq vahid ümumi qanundan necə gözəlliklərin, necə möhtəşəmliyin çıxdığını görəndə isə ağıl bir başqa cür heyrətlənir. İmmanuel Kant
Fəlsəfə dəyişməz, əbədi olanı, özlüyündə mövcudatı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz.[2]Georq Vilhelm Fridrix Hegel
Güclüsən, ağıllısan. Ancaq bütün bunlardan harada, necə istifadə edəcəyini bilməsən, tez məhv olarsan. Vaxt gələr, bir yumruğunla dağları aşırarsan, vaxt da gələr, yerdəki qarışqaya məğlub olarsan. Güc heyvanda da var. Ağıl isə yalnız açardır. Bu açarla açacağın qapıları yaxşı tanı. O qapıların arxasında xəzinələr, o qapıların arxasında sirlər var. O sirlər ki, qoynunda əbədi müjdələr yatır. O sirlər ki, insanı əbədiyyətə qovuşdurur. Dünyada ikən cənnətin qapılarını aç, oğul! Şeyx Ədabali
Həyat da, ölüm də eşqin təzahürləridir. Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir. Əbu Turxan
Hökmdar 3 şeyi yadında saxlamalıdır: birincisi - o, insanları idarə edir, ikincisi - qanunlar ona Allah tərəfindən verilib, üçüncüsü - hakimiyyət əbədi deyil. Aqafon
Sən bizim duamızsan, oğul. Başını həmişə dik tut. Qoy əbədiyyətə qədər üzün ağ, yolun açıq olsun. Şeyx Ədabali
Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki
Sizə elə bir vətən aldım ki; əbədi olaraq sizin olacaq. Alp Arslan
Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil. Adolf Hitler