A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Eqoizm özünü xarici aləmdən təcrid edir. Daha doğrusu, əvvəlcə hər şeyi öz içinə alır və sonra da özünü xarici aləmdən kənarlaşdırır. Beləliklə, hazırda hiss etdiyimiz "eqo" əslində bütün kainatı əhatə edən və eqo ilə xarici aləm arasında yaranmış bir-birindən ayrılmaz bağı ifadə edən, daha geniş çalarlı bir hissin, sadəcə, kiçik modelidir.[1] Ziqmund Freyd
  • El-aləm şərab içər sərxoş olar, biz eşq əhliyiz içmədən sərxoş olmuşuq.. Şəms Təbrizi
  • El sevəni aləm sevər. Azərbaycan atalar sözləri/E
  • El tikəni aləm yıxa bilməz. Azərbaycan atalar sözləri/E
  • Filosofların nəzərində aləm üçdür: əqllər aləmi, nəfslər aləmi və cisimlər aləmi. Sührəvərdi
  • Gəzmə bundan belə biganə ilə, qorxum odur,

Bivəfa söyləyib aləm, sənə dünya gülsün. Əliağa Vahid

  • Göz gözə baxanda halın soruşa,

Aləm düşman olsa, görüşmək olar. Aşıq Ələsgər

  • İnsan öz xəyalı və çatmaq istədiyi aləm arasında olan böyük məsafəni yalnız öz iradə və biliyinin köməyi ilə keçə bilər. Cübran Xəlil Cübran
  • İnsanın niyyəti nəcib olarsa, o bütöv bir aləm olar. Fyodor Dostoyevski
  • Qar da ağdır, amma bütün aləm onu tapdalayır. Gürcü atalar sözləri
  • Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun əmlakını ələ keçirməyə tələsirlər. Əgər cansız aləm adlandırılan dünya onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir. Teodor Drayzer
  • Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[2]

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.397