Elm adamlarının inkişafı pillə-pillə, sənət adamlarının inkişafı isə birdən-birə və ani baş verir. Viktor Hüqo
Elm – beyini, sənət – ürəyi, din – ruhu qidalandırır. Əbu Turxan
Eyni sənət bizə eyni şeylərin məlumatını verməli başqa bir sənət ayrı bir sənət olduğuna görə eyni şeylərin deyil başqa şeylərin məlumatını verməlidir. Platon
Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[1]