Altmış
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Altmış il əvvəl “optimist” və “axmaq” sözləri sinonim deyildi. Mark Tven
- Altmış ildən bəri hər Allahın ver günü ömrünə nöqtə qoymağa bircə an qalmış bu adam hələ bir dəfə də olsun ölməmişdi. Bu səbəbdən ölümün və hər cür fəlakətin gücünə inamını itirmişdi. Ölümsüz, xoşbəxt biri kimi sakitcə, qayğısız həyatını sürdürürdü. Andrey Platonov
- Altmış ildir uçduğumuz üçün ağıllı olduğumuzu düşünürük. Quşlar, arılar və kəpənəklər yüz min illərdir ki, uçurlar. Çarlz Katterinq
- Altmışda zurna öğrənən qəbrində çalar. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bir an elmlə məşğul olmaq, bir an kitaba, yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir. Məhəmməd
Ə
redaktə- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
H
redaktə- Hər bir millətin içində əlli, ya altmış şöhrət düşgünü, təhlükəli adamlar olur. İdarə etmək bacarığı bu adamları tanımaqdan, onları ya məhv etmək, ya da satın almaqdan asılıdır. Onore de Balzak
İ
redaktə- İnsana danışmağı öyrənmək üçün iki il, susmağı öyrənməyə isə altmış il lazımdır. Lion Feyxtvanger
O
redaktə- On altı yaşında kişi olan altmış yaşında uşaq olar. Tomas Fuller
Y
redaktə- Yaman arvad altmış illik qıtlığa bənzər. Yapon atalar sözləri