A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq adam həyatın ləzzətini axtarır və özünü aldanmış görür. Ağıllı adam çətinliklərdən qaçar. Bu işdə uğursuz olsa da, bu, artıq onun axmaqlığından deyil, bəxtindəndir. Uğur qazananda da aldanmayıb. Artur Şopenhauer
  • Ağrı, bəlkə də, həddindən artıq zövqdən başqa bir şey deyil. Onore de Balzak
  • Allahın mərhəməti olmadan, hətta həddindən artıq səylər nəticə vermir. Çanakya
  • Aludə olduğum bütün həvəslərim artır və ehtirasa çevrilir və artıq mən həyatda başqa heç nə görmürəm. Jan Jak Russo
  • Artıq ağlıma belə gəlmirsən. O qədər qəlbimdəsən ki. Camal Sürəya
  • Artıq ciddilik və artıq yumşaqlıq var: hər ikisindən eyni dərəcədə qaçmaq lazımdır.Jan Jak Russo
  • Artıq əşya – artıq qayğı. Yapon atalar sözləri
  • Artıq xəyallarım suya düşəcək deyə narahat olmuram. Çünki, onlar düşə-düşə üzməyi öyrəniblər... Camal Sürəya
  • Artıq nəzakət xoşbəxtliyə mane olur. Pyer Büast
  • ...Artıq sevmək mümkün olmayan yerdə, oradan keçməlisən! Fridrix Nitsşe
  • Atilla döyüşərkən kim sakit durursa, o, artıq dəfn olunmuşdur! Atilla
  • Bədən artıq hərəkətlərdən yorulur, ağıl isə möhkəmlənir. Mark Tulli Siseron
  • Bir çiçəyə artıq su verərsən çürüyər, insana gərəyindən artıq dəyər verərsən qudurar. Sədi Şirazi
  • Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
  • Bir zamanlar sevilməyə layiq olmuş yaşlı kəslər üçün ən təhlükəli gülünclük, artıq elə olmadıqlarını unutmalarıdır. Fransua de Laroşfuko
  • Biz qəsdən düşünmə və mükəmməl cinayət dövründə yaşayırıq. Bizim cinayətkarlar artıq sevgini bəhanə edə biləcək aciz uşaqlar deyillər. Əksinə, onlar böyüklərdir və mükəmməl alibi var: fəlsəfə, istənilən məqsəd üçün, hətta qatilləri hakimə çevirmək üçün də istifadə oluna bilər. Alber Kamyu
  • Biz mövcud olanda, ölüm hələ olmur. O zaman ki, ölüm gəlir, artıq biz mövcud olmuruq. Beləliklə ölüm nə dirilər, nə də ölülər üçün var. Epikür
  • Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır... Mark Tven
  • Cavan olanda sənə elə gəlir ki, pul həyatda ən önəmli şeydir. Qocalanda isə, artıq bunu bilirsən. Oskar Uayld
  • Çox cəsarətlilik azğınlığa, çox hörmət bəsləmək yaltaqlığa, həddindən artıq sadəlövlük axmaqlığa dəlalət edir. Konfutsi
  • Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. Tur Xander
  • Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. Uilyam Şekspir
  • Heç kimsəyə dəyərindən artıq dəyər vermə. Çünki, ya onu itirərsən, ya da özünü məhv edərsən.. Anton Çexov
  • Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.[1] Heydər Əliyev
  • Mən digər insanların irəli sürdüyü qaydaları qəbul etməmişəm. Əgər mən bunu etsəydim, bəlkə də artıq həyatda yox idim. Corc Soros
  • Oxumaq ehtiyacı bant kimidir, bir dəfə alovlandısa, artıq sönməz. Viktor Hüqo
  • Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. Uilyam Şekspir
  • Tale heç bir ölkəyə Rusiyaya qarşı olduğu qədər amansız olmayıb. Liman görünəndə gəmisi batdı. O, artıq fırtınadan keçmişdi ki, hər şey dağıldı. Artıq bütün qurbanlar verilib, bütün işlər tamamlanıb. Tapşırıq artıq başa çatdıqdan sonra ümidsizlik və xəyanət hakimiyyəti ələ keçirdi ... Uinston Çörçill

İstinadlar

redaktə