Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
Bizdə nəinki pis dil, həm də pis ağız var. Şillə və and içmə uşaqlıqda və gəncliyimizdə, aşağı və arxa küçədə utanc verici bir şey idi. İndi bir növ bəzək halına gəldi. İzdiham içərisində qulaqlarınızı dəfələrlə tıxamaqda çətinlik çəkirsiniz. Falih Rıfkı Atay
Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik. Ömər Xəyyam