Barbara su üzərində keçsə, Milad bayramı da buz üstə keçər. (Barbara - Polşada müqəddəs Barbaranını şərəfinə hər il 4 dekabrda qeyd olunan milli bayram) Polşa atalar sözləri
Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar. Heydər Əliyev
Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır. Atilla
Səhvlərə yol veilsə belə, böyük əməllər etmək, böyük qələbələri bayram etmək, nə böyük sevinc, nə böyük bədbəxtlik bilməyən adi insanlar sırasına qoşulub, qələbəsi, məğlubiyyəti olmayan boz bir həyat yaşamaqdan daha yaxşıdır. Teodor Ruzvelt