Fəaliyyət
bir maddənin edə biləcəyi və ya gerçəkləşdirə biləcəyi bir şey
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
DRedaktə
- Dövlət xadiminin siyasi xadimdən fərqi bundadır ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünmək üçün fəaliyyət göstərir. Uinston Çörçill
- Dövlət müəyyən ideologiya əsasında fəaliyyət göstərir. Bu ideologiya milli ruha uyğun gəlirsə, deməli, o, milli dövlətdir, gəlmirsə, millətlə dövlət arasında qarşıdurma labüddür. Tur Xander
ERedaktə
- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
HRedaktə
- Hanna belə bir fikrə zəmin yaradırdı – guya onların vəzifəsi bizim cinsi həyatımızı yoluna qoymaqdır, əks təqdirdə bizlər yaxşı donor ola bilmərik. O deyirdi ki, seks olmasa, böyrəklər, mədəaltı vəz və başqa orqanlar düzgün fəaliyyət göstərməyəcək. İşiquro Kazuo
- Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Heydər Əliyev
XRedaktə
- Xasiyyət – ağıl və düşüncəyə ehtiyac olmadan, nəfsi asanlıqla fəaliyyət göstərməyə məcbur edən fitri xüsusiyyətdir. Nəsirəddin Tusi
QRedaktə
- Qüvvətli iradəyə sahib olan insan hərəkətləri və fəaliyyəti üzərində öz qüvvəsinin möhürünü vurur. Fars atalar sözləri
MRedaktə
- Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir. Nəsirəddin Tusi
YRedaktə
- Yaşamaq fəaliyyət göstərmək deməkdir. Anatol Frans