A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlıq isə ümumiyyətlə bağışlanma tələb etmir. O sanki külək kimidir, heç nədən asılı deyil. Onu olduğu kimi qəbul etmək, onun ziyanında qorunaraq və xeyrində fayda tapmağa çalışaraq yaşamaq lazımdır. Sun Dzı
  • Amma təkcə özümüzü düşünüb başqalarını düşmən kimi görsək, özümüzün yaratdığı səfeh çətinliklərlə üz-üzə qalacağıq. Əgər müasir cəmiyyətdə rəqabətə davamlı olmayan bir həyat mümkün deyilsə, onda bunu kimisə tapdalamadan, kiməsə ziyan vurmadan etməliyik və bunu başqalarından daha yaxşı şəkildə etməyi bacarmalıyıq. Dalay Lama
  • Bir dəlidən yeddi məhləyə ziyan dəyər. Azərbaycan atalar sözləri/B
  • Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü. Mövlana Cəlaləddin Rumi
  • Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik.[1] Ziqmund Freyd
  • Ədalətin iki başlanğıcı mövcuddur: heç kəsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək. Mark Tulli Siseron
  • Əslində, sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar "öldürülmədən" hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək, süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir, insanın insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, "o"-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik. Erix Fromm
  • Gözəllik öz sahibinə ziyan, başqalarına zövq verir. Sokrat
  • İşin biliciləri ilə məsləhətləşən adam heç vaxt ziyan çəkməz. Məhəmməd
  • Kəşf özü faydalı olsa da, onun eyforiyası ziyan gətirir. Tur Xander
  • Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Çarli Çaplin
  • Paxıl adam öz gəlirindən çox özünə ziyan vurur. Mahatma Qandi

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015